İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Facebookdan nə məqsədlə istifadə edirsiz?
  • Sevgili və ya dost axtarıram
  • Məlumatlarımı paylaşıram
  • Özümü reklam edirəm
  • Əlaqələrimi gücləndirirəm
  • Facebookdan istifadə etmirəm
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 2

Beynəlxalq bankın bankomat problemləri

09.08.2009 [21:02]

Fontu böyüt:      


 Bildiyiniz kimi bir çox müəssisələr əmək haqlarını xüsusi kartlar vasitəsilə ödəyirlər. Belə bir ödəniş vasitəsi həm müəssisə, həm də əməkdaşlar  üçün çox yaxşı haldır. Bu pensiya alanlar üçün daha münasibdir. Yəni müasir texnologiyanın bu sahədə tətbiqi bir çox problemləri həll etmiş olur.

Qeyd edək ki, əksər dövlət müəssisələrinin əməkdaşları, eləcə də pensiyaçılar pullarını almaq üçün Beynəlxalq bankın xidmətindən  istifadə edirlər. Bəs,görəsən, Beynəlxalq bank bu təlabatın öhdəsindən gələ bilirmi? Demək olar ki, vəziyyət o qədər də ürək açan deyil. Belə ki, çox vaxt bankomatlar qarşısında olan növbələrdən aydın görmək olar ki, Beynəlxalq bank bu sahədə işini lazımı səviyyədə qura bilməmişdir. Əvala bankomatların sayı azdır. Əksəriyyəti münasib yerdə yerləşdirilməyib. Çox vaxt onları tapmaq müşkül olur.

Bankomatların çoxu bir başa gün düşən istiqamətə quraşdırılıb. Bu da monitorda yazılanların görünməsinə əngəl törədir. Artıq bankomatların çoxusu sıradan çıxmağa başlayıb. Bu cür nasasızlığa bank işçiləri biganə yanaşırlar. Bəzən kartlar bankomatlar  tərəfindən oxunmur və ya kartlar bankomatda ilişib qalır. Belə hallarda Beynəlxalq bankın əməkdaşları həmin kartları dəyişdirmir və ya bu problemləri həll etmirlər.

Çox vaxt bankomatlarda pul olmur və ya əskinazların hamısı yerləşdirilmir. Məsələn Beynalxalq bankın Nəsimi filialının yerləşdiyi binanın qarşısında, eləcə də ona yaxın yerlərdə yerləşdirilən bankomatda artıq bir həftə olar ki, pul qoyulmur.  Həmin filialda işləyən əməkdaşlar isə bankomatın nasaz olmasını bəhanə gətirirlər. Sual olunur ki, görəsən həmin bankomatın təmirini kim yerinə yetirməlidir.

Belə problemlərə şəhərin çox yerində də rast gəlmək olar. Yəni bu problemləri çox sadalamaq olar. Belə görünür ki, beynəlxalq bankın “bankomat dərdi” böyükdür. Ancaq bu dərdi beynəlxalqın rəhbərliyi yox, xalq çəkir. Bəlkə də ona görə öz adlarına xalq sözünü əlavə ediblər.


Oxunub: 1705 dəfə

Fikirlər

kingsword
2010-07-29 11:48:48

Azerbaycan vetandashi dozumlu xalqdir.Biz her sheye dozuruk. Bize dozumsuz diyenler utansin...

tete
2010-06-02 16:30:36

Tamamile razıyam bu fikirlerle.... ama sözün düzü bu xalqımız terefinden normal qarşılanır...çünki onlar teze ve işleyen saz cizhaza layiq olmadıqlarını düşünürler.

serh yaz

Yazarlar

Osman Gündüz

«Bloqçu jurnalist deyil?»

«Bloqçu jurnalist deyil?»
Ulduzə Əhmədova

İnternetin mədəniyyətə və təhsilə təsiri

İnternetin mədəniyyətə və təhsilə təsiri
Azər Həsrət

BEŞ İLDƏ ƏLLİ İLİN İŞİNİ GÖRƏNLƏR

BEŞ İLDƏ ƏLLİ İLİN İŞİNİ GÖRƏNLƏR
Eyvaz Qocayev

Diqqətdən kənar media-internet media

Diqqətdən kənar media-internet media
Emin Novruzov

Script virusunun həlli.

Script virusunun həlli.
Vahid Qasımov

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR
Bütün yazarlar