İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Facebookdan nə məqsədlə istifadə edirsiz?
  • Sevgili və ya dost axtarıram
  • Məlumatlarımı paylaşıram
  • Özümü reklam edirəm
  • Əlaqələrimi gücləndirirəm
  • Facebookdan istifadə etmirəm
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 5

Diqqətdən kənar media-internet media

27.07.2010 [22:53]

Fontu böyüt:      

Bu günlərdə mətbuatımızın 135 illiyini qeyd etdik. Hansı ki, nə az nə çox, 135 il öncə Həsən bəy Zərdabi insanların maariflənməsi və informasiya alması üçün mətbu orqan yaratdı və mətbuatımızın əsasını qoydu. Bu illər ərzində mətbuatımızda çoxlu yeniliklər
Bu günlərdə mətbuatımızın 135 illiyini qeyd etdik. Hansı ki, nə az nə çox, 135 il öncə Həsən bəy Zərdabi insanların maariflənməsi və informasiya alması üçün mətbu orqan yaratdı və mətbuatımızın əsasını qoydu. Bu illər ərzində mətbuatımızda çoxlu yeniliklər oldu. Lakin informasiya texnologiyalarının inkişafı bütün dünyada olduğu kimi ölkəmizdə də medianın durumuna əsaslı şəkildə təsir göstərdi.
İT-nın inkişafı bütün sahələrdə olduğu kimi media sektoruna da öz müsbət təsirini göstərməkdədir. Bir zamanlar insanlar yeni informasiya əldə etmək üçün qəzetlərə üz tuturdularsa, bu gün artıq daha çox internetin imkanlarından istifadə olunur. Araşdırmalar da bunu açıq şəkildə göstərir ki, insanlar daha çox informasiyanı internetdən əldə edirlər.
Bir sözlə internet media bu gün mətbuatın əsas aparıcı qüvvəsinə çevrilib və ayrılmaz bir tərkib hissəsidir. Hətta bu güm çap mediası da internet media sahəsinə inteqrasiya edir və həm də internet versiyası ilə fəaliyyət göstərirlər. Ölkəmizdə internet qəzetlər və müxtəlif informasiya portalları yaradılır və bu artım hər ötən gün müşahidə olunur.
Lakin bu inkişafla yanaşı bir çox problemlər də mövcuddur ki, bu da internet mediaın inkişafının qarşısında bir səddə çevrilib.
Bu problemlərdən ən başlıcası qanunvericilikdə internet media, bloqlarla bağlı boşluqlardır. Medianın bu qolu ilə bağlı hüquqi mexanizmlərin olmaması bu sahənin inkişafında axsamalara səbəb olur.
Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında” sərəncam imzalayıb. 32 qəzet redaksiyasının hər birinə 20,0 min manat, 8 informasiya agentliyinə isə 10 min manat birdəfəlik maliyyə yardımı ayrıldı. Bu sərəncam təqdirəlayiqdir və mətbuatımızın inkişafı üçün önəmli faktordur.
Lakin düşünürəm ki, bu gün internet media da maliyyə baxımından bir çox çətinliklərlə üzləşir və onu da başa düşürük ki, bu sahədə qanunvercilikdə olan boşluqlar və internet medianın bir mərkəzdə koordinasiya olunmaması kimi problemlər də mövcuddur. Ənənəvi medianın tarixi daha çoxdur, nəinki yeni medianın, yəni internet medianın. Bu baxımdan bu gün yeni yaranmaqda olan internet media diqqətdən kənarda qalmamalıdır. Hüquqi boşlular aradan qaldırılmalı və yeni mediaya diqqət artırılmalıdır. Çünki müasir həyatla əyaxlaşmağı bacarmalıyıq.
Bütün dünyada vətəndaş jurnalistikası inkişaf edir və ölkəmizdə də bu sahəyə marağın artdığı sezilir. Bu çox sevindirici haldır. Mətbuatın məqsədi insanların maarifləndirilməsi və vaxtında doğru və dəqiq informasiya ilə təmin etməkdir. Əgər biz bunu istəyiriksə yeniliyə açıq olmalı və medianın yeni qollarına daha çox diqqət və qayğı göstərməliyik.

Eyvaz Qocayev
Oxunub: 217 dəfə

Fikirlər

Khanim
2010-08-04 16:50:23

Eyvaz, sence internet media bir merkezden idare olunmalidir? sitat:"internet medianın bir mərkəzdə koordinasiya olunmaması kimi problemlər də mövcuddur."

turksayfa
2010-07-29 01:07:19

Merhaba... Faydalı bir yazı olmuş. Teşekkürler.

serh yaz

Yazarlar

Osman Gündüz

«Bloqçu jurnalist deyil?»

«Bloqçu jurnalist deyil?»
Ulduzə Əhmədova

İnternetin mədəniyyətə və təhsilə təsiri

İnternetin mədəniyyətə və təhsilə təsiri
Azər Həsrət

BEŞ İLDƏ ƏLLİ İLİN İŞİNİ GÖRƏNLƏR

BEŞ İLDƏ ƏLLİ İLİN İŞİNİ GÖRƏNLƏR
Eyvaz Qocayev

Diqqətdən kənar media-internet media

Diqqətdən kənar media-internet media
Emin Novruzov

Script virusunun həlli.

Script virusunun həlli.
Vahid Qasımov

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR

İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR
Bütün yazarlar