İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Facebook mobil xidmətlər sahəsinin lideri olmaq istəyir

07.11.2010 [00:33]

Fontu böyüt:      

Facebook sosial şəbəkəsi mobil xidmətlər bazarının istila edilməsinə yönəldilmiş yeni strategiya təsdiq edib. Rabitə və Texnologiyalar Nazirliyinin saytı xəbər verir ki, internetin ən populyar sosial şəbəkəsinin təsisçisi və rəhbəri Mark Sukerberqin sözlərinə görə, onun şirkəti mobil telefonu sosial şəbəkənin bir hissəsinə çevirmək niyyətindədir. M. Sukerberq qeyd edib ki,

Facebook sosial şəbəkəsi mobil xidmətlər bazarının istila edilməsinə yönəldilmiş yeni strategiya təsdiq edib. Rabitə və Texnologiyalar Nazirliyinin saytı xəbər verir ki, internetin ən populyar sosial şəbəkəsinin təsisçisi və rəhbəri Mark Sukerberqin sözlərinə görə, onun şirkəti mobil telefonu sosial şəbəkənin bir hissəsinə çevirmək niyyətindədir. M. Sukerberq qeyd edib ki, Facebook biznesmenlərə telefon vasitəsilə öz xidmətlərini təklif etmək imkanı verəcək.
Bundan əlavə gələcəkdə şəbəkənin istifadəçiləri

Facebook parollarını digər mobil əlavələrə çıxış üçün tətbiq edə biləcəklər.
Mobil texnologiyaları, sosial ünsiyyəti və istifadəçilərin marağını ətrafda baş verənlərə cəlb etməyin bir araya gətirilməsi qərarını Facebook rəhbərliyi dünyada mobil telefonların sayının getdikcə artımı fonunda qəbul edib.
“Bun istiqamətlərin birləşdirilməsi nəticəsində yeni şirkətlər yaradılacaq və ənənəvi sənayelər haqqında təsəvvürlər dəyişəcək”, - deyə M. Sukerberq bildirib.
Bu gün Facebook-un 500 milyon istifadəçisindən 200 milyonu öz səhifələrinə müxtəlif mobil platformalar vasitəsilə daxil olur. Şirkətdə qeyd edirlər ki, bu, iPhone və Android istifadəçilərin sayından çoxdur.

M. Sukerberqin sözlərinə görə, mobil telefon istifadəçiləri sosial şəbəkədə personal kompüter istifadəçilərindən iki dəfə daha fəaldır.
Facebook rəhbəri həmçinin onun şirkətinin iPhone və Android-ə rəqiblik edəcək mobil telefon hazırladığı barədə gəzən söhbətləri bir daha təkzib edib. “Bu olduqca orijinal bir fikirdir”, - deyə M. Surkerbeq jurnalistlərin Facebook tərəfindən bu cür telefon buraxmaq ehtimalı barədə sualını cavablandırarkən deyib.

“Bizim məqsədimiz – hər kəsi cəmiyyətin üzvü etməkdir. Əgər sən iPhone istehsal edirsənsə, sənin məqsədin mümkün qədər çoxlu sayda telefon satmaqdır. Bizim məqsədimiz isə bundan fərqlənir”, - Facebook-un yaradıcısı vurğulayıb.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Osman Gündüz

Nə üçün 350 milyon manat RYTN-ə verilmədi?

Nə üçün 350 milyon manat RYTN-ə verilmədi?
Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Bütün yazarlar