Barcamp Caspiana hazırlıq çərçivəsində daha bir Minibar keçirilib

28-02-2009 / 11:52


Minibar -Barcampa hazırlıq məqsədilə keçirilən tanıtım seminarlarıdır.26 fevral Qafqaz Universitetində baş tutan Minibarda müəllim və tələbələr iştirak edib. İştirakçıların geniş marağına səbəb olan konfransda, onlara Barcamp Caspian haqqında ətraflı məlumat verilib. Barcamp`ın iştirakçılara nə kimi imkanlar yaratdığından, ümumiyyətlə, Barcampım yaranması, xarici ölkələrdəki Barcampların keçirilməsi və bu konfranslarda iştirakın əhəmiyyətindən danışılıb.

Tədbirin gedişində, həmçinin,Azərbaycana Barcampın gəlməsi və ölkəmizdə keçirilən ilk Barcamp haqqında məlumat verilib. Minibarda Barcamp təşkilatçılarından Vahid Qasımov "Be First" adlı təqdimat keçirib. Konfrans iştirakçıların sualları ilə başa çatıb. 

 

xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə