BarCamp Caspian layihəsi çərçivəsində növbəti tədbir keçirilib

16-03-2009 / 19:21

BarCamp Caspian layihəsi çərçivəsində Bakı Dövlət Universitetində MiniBar təşkil olunub.Daha öncə də məlumat verdiyimiz kimi MiniBar-bir növ BarCampa hazırlıq məqsədilə keçirilən maarifləndirici tədbirlərdir.

BDU-da keçirilən tədbirdə BarCampın əsas təşkilatçılarından biri olan Rəşad Əliyev Barcamp Caspian 2009 haqqında tədbir iştirakçılarına ətrafı məlumat verib.

Daha sonra Samir Yəhyazadə "Azərbaycan İnterneti və Səhiyyə" mövzusunda prezentasiya ilə çıxış edib.

Qeyd edək ki,BarCamp Caspianın keçirilməsi mart ayının sonuna planlaşdırılıb.BarCamp İnternet texnologiyaları, resursları, bloqlar, sosial şəbəkələr, web 2.0, vətəndaş jurnalistikası, OpenSource, proqram təminatı və bütün bunlarla əlaqəli olan sahələri əhatə edən İnformasiya Texnologiyaları və Müasir Media qeyri-Konfransıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə