31.07.2010
Sosial Yeniliklər Düşərgəsi gəlir
30.07.2010
“Bank Standard” məhşur “WebMoney Transfer” elektron ödəniş sisteminin Azərbaycanda rəsmi tərəfdaşı oldu
29.07.2010
Twitter öz server mərkəzini açır
28.07.2010
Street View-a cavab - Street Slide [video]
28.07.2010
Elektron xidmətlər tədricən sıravi vətəndaşın gündəlik həyatlarına daxil olacaq
27.07.2010
Box.az Chat - yeni chat qutunuz
26.07.2010
FireFox TabCandy [video]
26.07.2010
Halay.az - Bizim Əhatə Dairəmiz
26.07.2010
Mərkəzi Bankda EMC Documentum həlləri tətbiq olunur
24.07.2010
Explorerdə açıq tapanlara mükafat yoxdur...
Fontu böyüt:
Azərbaycan Dövlət Neft Akademiyasını və Bakının 95 saylı məktəbini təmsil edən tələbə və şagirdlər 14-cü Beynəlxalq HP Qlobal Biznes Yarışının (HPGBC) finalına vəsiqə qazanıblar.
Hər il Hewlett Packard şirkəti tərəfindən təşkil olunan nüfuzlu HPGBC yarışı Ümumdünya Junior Achievement Təşkilatı tərəfindən keçirilir.
Final görüşü avqustun 16-20-sı Braziliyanın San Paolo şəhərində keçiriləcək.
Azərbaycanda HPGBC yarışı StatoilHydro Azərbaycan, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Chevron Xəzər, Baker McKenzie, Amerika Ticarət Palatası və Bakcell tərəfindən maliyyələşdirilən, Junior Achievement Azərbaycan təşkilatı tərəfindən həyata keçirilən “Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı” çərçivəsində təşkil olunur.
Azərbaycan Respublikası Təhsil Nazirliyində 10 iyuldа keçirilən mərasimdə finalçı gənclər, nazir Misir Mərdanov tərəfindən sertifikatlarla təltif olunub. Mərasimdə StatoilHydro Azərbaycan, USAİD, Chevron Xəzər və digər şirkətlərin nümayəndələri iştirak ediblər.