MTV-Azərbaycan telekanalı açılır (EKSKLÜZİV)

21-05-2010 / 10:47

MTV telekanalının regional meneceri Mathev Goldstein sözlərinə görə sentyabr ayında MTV-AZƏRBAYCAN fəaliyyətə başlayacaq. Goldstein-in Xeberler.az-a verdiyi müsahibəni təqdim edirik.

 Nəyə görə siz bu layihəni məhz Azərbaycanda həyata keçirməyi qərara aldınız?

 

Mənə perspektivli ölkələri seçmək üçün siyahı verilmişdi. Bununla bağlı çox ölkələrdə oldum. Azərbaycan xalqı mənə daha kədərli və ciddi göründü. Mənim bu ölkə çox xoşuma gəlir, sizin respublika çox gözəldir. Hazırda hesab edirəm ki, Azərbaycan təmiz vərəq kimidir, burada çox şey edə bilərik. Təyinat üçün bu ölkə çox realdır. Mən dostlarıma əminliklə məsləhət görəcım ki, Azərbaycana gəlin. Bakıda hər şey hazırdır. Burada klublar, əyləncə və mədəniyyət var. Sizin gənclər çox fəaldır, çünki onlar din və ənənələrlə məhdudlaşmayıblar. Əlbəttə, istisnalar da yox deyil. Mən hesab edirəm ki, sizin gənclər bu layihəni məmnuniyyətlə qəbul edəcəklər.

 

MTV-Azərbaycan kanalı nə vaxt açılacaq?

 

MTV-Azərbaycanın sentyabrın 3-cü həftəsində açmağı planlaşdırırıq.

 

Açılışı təntənəli şəkildə keçirməyi düşünürsüz yoxsa…?

 

Biz festival keçirməyi düşünürük. Bu çox böyük hadisə olacaq və bu layihəyə milyonlarla dollar sərf ediləcək. Biz bu tədbirə Rihannanı, Şakiranı, Cey Zini, Blak Aid Pisi, Avril Lavini, Mikanı və başqa ulduzları dəvət etməyi planlaşdırırıq. Bu hadisə ağlasığmaz səviyyədə olacaq. Mədəniyyət və Turizm Nazirliyində deyildiyi kimi, bu Azərbaycanda keçirələcək ən möhtəşəm mədəniyyət hadisəsi olacaq.

 

MTV Azərbaycanda musiqilər hansı janrda səslənəcək?

 

Bu kanalda sizin xalqın istədiyi bütün musiqiləri səsləndirəcəyik. Heç bir məhdudiyyət olmayacaq. Azərbaycan xalqının sevdiyi bütün musiqilər MTV-də olacaq. Verilişlər interaktiv şəkildə yayımlanacaq və yalnız tamaşaçıların istəyi yerinə yetiriləcək.

 

Bu layihə ölkəmizdə turizmin inkişafıəna təsir edəcək mi?

 

Adətən belə festivallar keçirilərkən ölkələrdə turizmin səviyyəsi on dəfələrlə artır. Bu festivallar ölkənin imicini bir gecədə dəyişə bilər. Unutmayaq ki, bu layihə bizim 350 kanalımızdan canlı yayımlanacaq və miyonlarla tamaşaçı bu festivalı izləyəcək

 

Aydan Qarayeva, Hacıbəy Heydərli Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə