Previous Next
Bağla

“B&B TV” şirkəti Azercell-dən dövlət qurumuna şikayət etdi

19-11-2011 00:26
“B&B TV” şirkəti Azercell-dən dövlət qurumuna şikayət etdi
“BB&TV Kommunikeşyn” MMC-nin direktoru S.Babeyeva Radiotezliklər üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Salman Hüseynova “Azərcell Telekom” MMC-dən şikayət edib.

“BB&TV Kommunikeşyn” MMC-nin müraciətində bildirilib ki, “Azərcell Telekom” MMC Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli qəraaddını nəzərə almayaraq 1965-1980 MHz və 2155-2170 MHz tezlik zolağında 3-cü nəsil (3G) mobil xidmətlərinin tətbiqinə başlayıb. Bu tezlik “BB&TV Kommunikeşyn” MMC-nin istifadəsindədir.

“Bunun nəticəsində “BB&TV Kommunikeşyn” MMC-nin efir kabel televiziya xidmətinin normal şəkildə göstərilməsində maneələr yaranıb və bu, bütün “BB&TV Kommunikeşyn” MMC-nin abunəçilərinin etirazına səbəb olur. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq sizdən xahiş edirik ki, bu qanun pozuntusunun tez bir zamanda aradan qaldırılmasında bir tədbir görəsiniz”-deyə “BB&TV Kommunikeşyn” MMC-nin direktoru S.Babayeva Radiotezliklər üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbərinə göndərdiyi şikayətdə bildirib.

Modern.az saytının məlumatına görə, “BB&TV Kommunikeşyn” MMC şikayətinə 1saylı Bakı İnzibati İqtisad Məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli qərardadını da əlavə edib. Qərardada deyilir ki, «B&B TV»nin istifadəsində olan tezliklə bağlı mübahisə həll edilənədək Radiotezliklər üzrə Dövlət Komissiyasına bu tezliyin «B&B TV»dən alınmasına yönəlmiş işlərin aparılması qadağan edilir.

Qeyd edək ki, Rabitə və İnformasita Texnologiyaları Nazirliyi bir müddət öncə "Azercell” şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün “B&B TV” şirkətinin istifadəsində olan tezliyi ayırıb.

"Azercell” şirkəti bu gün öz abunəçilərinə göndərdiyi SMS-lərdə bildirib ki, 3G ximətlərinin tətbiqinə başladığını bəyan edib.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Bakcell 3G xidmətinin tətbiqi ilə bağlı məlumat yaydı

19-11-2011

Elektron kommunikasiyaların tənzimlənməsi üzrə seminar başladı

08-10-2010

“Azerfon” MMC-nin “Azercell Telekom” MMC-yə qarşı məhkəmə iddiasına baxılıb

26-08-2009

Azercell-ə 3G lisenziya verildimi?

03-10-2011

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

06-11-2009

“AzInTelecom” MMC-yə yeni rəhbər təyin olundu

09-02-2021

Azercell-in fəaliyyətində problem yaranıb

29-11-2015

Pantech C630: ABŞ üçün ucuz telefon

15-12-2008

“Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”

11-12-2009

“Azercell hər iki şirkətin abunəçilərinə qarşı hörmətsizlik edir”

22-07-2009

Mobil rabitə operatorlar arasındakı problem məhkəmədə həll olunacaq

22-07-2009

Radiotezliklər üzrə Dövlət Komissiyası 12 müəssisə və təşkilata yeni tezliklər ayırıb

31-08-2009

Dövlət Komitəsi “Bakcell”in kampaniyasını dayandırdı

09-06-2010

ANS ÇM-in şikayəti təmin edilməyib

08-11-2016

Azercell-in sabiq əməkdaşı "TeliaSonera Avrasiya" şirkətinin vitse-presidenti təyin edilib.

19-06-2014

Azercell “İlin Mobil Operatoru” seçildi

18-12-2015

Minskdə Regional Rabitə Birliyinin işçi qrupunun iclası keçiriləcək

13-12-2010

Google Drive istifadəçiləri üçün şad xəbər- 2 GB əlavə yaddaş imkanı

09-02-2016

Azərbaycan nümayəndələri RRB-nin toplantısında iştirak edəcək

06-03-2009

"Azercell"də yeni təyinat

21-10-2024

“Azercell” yenidən abunəçilərinə xəbərdarlıq edib

25-08-2021

“Azercell Telekom” MMC-yə yeni prezident təyin olunub

20-04-2021

İnformatika müəllimi qalib olub

03-04-2019

"Azercell" abunəçilərinə xəbərdarlıq edib

17-08-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə