Azərbaycanda ən çox istifadə olunan elektron hökumət xidmətləri

12-08-2014 / 14:34
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi iyul ayında “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən 20 elektron xidmət növünün adını açıqlayıb. 
Ən çox istifadə olunan e-xidmətlərin ilk onluğuna Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” (580586), 
“Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi”(183622), 
“Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” (180632), 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (88469), 
RYTN-nin “Telefon nömrəsi üzrə axtarış” (50804), 
ƏƏSMN-in “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (19004), 
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) “Sığortaolunanın onlayn uçota alınması”(13808), 
RYTN-in “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” (13223), 
TQDK-nın “Virtual ödəmə kartlarının onlayn və ya qısa mesaj (SMS) vasitəsilə satışı” (12479), 
DSMF-nin “Sığortaolunanlara məlumatların verilməsi” (8467) xidmətləri daxildir.
Sonrakı mövqelərdə DSMF-nin “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi” (7336), Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu” (2914), TQDK-nın “Abituriyent ərizəsinin nömrəsinin axtarış sistemi” (2731) və RYTN-in “E-imza-Operator üçün menyu” (2554) xidmətləri qərar tutur.
Bunlarla yanaşı, DSMF-nin “Pensiya kalkulyatoru” (2445), “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi” (2143), “Pensiyaçıya məlumatların verilməsi” (1498), RYTN-in “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” (1497), ƏMDK-nın “Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi” (1395) və “Daşınmaz əmlakın ipotekasının dövlət qeydiyyatının ləğvi üçün müraciətin və sənədlərin qəbulu” (1278) xidmətləri də ən çox istifadə olunan xidmətlərdir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə