Bakıda Startap Günləri keçiriləcək

21-10-2014 / 23:17

14-16 noyabrda Bakıda Startap Günləri keçiriləcək. Yüksək Texnologiyalar Parkında təşkil olunacaq Startap Günləri Startap Azərbaycan layihəsi çərçivəsində keçirilir.

Xeberler.az saytının məlumatına görə, Startap Günlərinin əsas məqsədi yeni startupların yaradılmasına kömək etmək və bu istiqamətdə maarifçilik işləri təşkil etmək, yeni formalaşmaqda olan startupçıları, startup komandalarını internet bazarının spesifik xüsusiyyətləri ilə tanış etmək, startupçılar arasında əlaqələri gücləndirməkdir.

Startap Günlərində yeni fəaliyyətə başlayan startapçılar üçün Təlimlərin keçirilməsi, onların uğurlu startap layihələrin rəhbərləri ilə görüşlərinin təşkili və yeni ideyalar ətrafında startap komandalarını formalaşdırmaqla yeni startap layihələrinin hazırlanması nəzərdə tutulur. Komandalar iştirakçılar və ekspertlərin seçdiyi ideyalar ətrafında formalaşır. Startap Günlərində bu startup komandalarının uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə İT və internet biznes sahəsində tanınmış mütəxəssislərdən – “mentor”lardan ibarət ekspert qrupları formalaşdırılacaq.

Startap Günlərində seçilmiş ideyalar ətrafında formalaşan startup komandalarının hazırladığı layihələrin yarışmasınə peşəkar münsiflər heyəti qiymətləndirəcək.

Startap Günlərində internet biznesini qurmağı yenicə planlaşdıranlar, artıq yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc startapçılar, yeni İT şirkətlərin təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr, developerlər, proqramçılar, dizaynerlər iştirak edə bilər. Bu məqsədlə www.startupdays.startup.az saytında qeydiyyatdan keçmək lazımdır.

Startap Günləri çərçivəsində keçirilməsi nəzərdə tutulan müzakirələrdə dövlət və özəl sektorun nümayəndələri, İT mütəxəssislər, uğurlu startup rəhbərləri, texnoparkların təmsilçiləri iştirak edəcəklər. Tədbirlər müddətində uğurlu startup təmsilçilərinin master-klasları və yeni fəaliyyətə başlayan startupçılarla görüşləri də nəzərdə tutulub.

3 gün davam edəcək Startap Günlərində keçirilməsi nəzərdə tutulan tədbirlərin ilkin versiyası müəyyən olunub.

Startap Günlərinə  RYTN yanında İT-nin İnkişafına dəstək Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı, Cybernet, İnfipro və XƏZƏR Vençur  şirkətləri dəstək veirir.

Qaliblərə və fərqlənənlərə təşkilatçıların, sponsorların partnyor şirkətlərin qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə