Google rəsmisi 40 km. hündürlükdən tullandı

28-10-2014 / 14:15

Google şirkətinin ixtiralar üzrə vitse-prezidenti Alan Yustas 41,4 km hündürlükdən tullanaraq tanınmış  ekstremal Feliks Baumqartneri rekordunu təzələyib.

Xeberler.az saytının məlumatına görə, paraşütlə reallaşan rekord göstərici oktyabrın 24-də gerçəkləşib.

Aerostatın köməyi ilə hündürlüyə yüksəlmənin sürəti dəqiqəyə 300 metr olub və beləliklə, Yustas bu prosesə iki saat sərf edib.

Feliks Baumqartner öz rekordunu 38,9 km hündürlükdən 2012-ci ilin 14 oktyabrında  reallaşdırmışdı. Yustas isə Baumqartneri 2,5 km fərqi ilə geridə qoyub.

Mənbə: newsru.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə