Azərbaycanda 27,5 min elektron imza əldə olunub

10-12-2014 / 12:21

Azərbaycanda noyabr ayının 30-na qədər dövlət qurumlarına, hüquqi şəxslərə və vətəndaşlara verilmiş elektron imzanın sayı 27536 ədəd olub.

Bu statistik göstərici “Elektron hökumət” bülleteninin dekabr buraxılışında əksini tapıb.

Dövlət qurumlarına 16616  elektron imza sertifikatı verilib. Hüquqi şəxslərə verilmiş sertifikatların sayı 4528 ədədə çatıb. Vətəndaşlar isə 6392 sertifikat əldə ediblər.

Elektron imza insanların əl imzalarının rəqəmli çeviricilərdən keçirilmiş, barmaq izləri, səs kimi bioloji əlamətlərinin və s. elektron halda kimliklərinin doğrulanmasını təmin edən vasitədir.   

Mənbə: ICTnews


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə