Microsoft-un yeni məhsulu internetdə rəsmi təqdimatdan öncə yerləşdirildi

16-12-2014 / 10:24

Microsoft şirkətinin yeni məhsulu Windows 10 Consumer Preview əməliyyat sistemi internetdə rəsmi təqdimatdan öncə yerləşdirilib.

Bizimyol.info Vesti.ru-ya istinadla bildirir ki, jurnalistlər 2015-ci ilin fevralında rəsmi təqdimatı gözlənilən Windows 10 əməliyyat sisteminin beta versiyasını internetdə paylaşılıblar.

Windows 10 bir sıra yeniliklərlə diqqəti cəlb edib. Ən maraqlısı isə Cortana səsli köməkçisidir: kompüter istifadəçisi sistemi səslə idarə edə biləcək, bu da görmə imkanları zəif olan insanlara yardım məqsədilə edilib.

Windows 10 sistemində daha bir yenilik onun kompüter, planşet, smartfon kimi müxtəlif qurğulara inteqrasiya olmasıdır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə