Seymur Teymurov: “Yaxın bir neçə ildə biz jurnalı elektronlaşdırmaq fikrindən uzağıq”

17-12-2014 / 11:34

Bu ilin sentyabrından nəşrə başlayan "National Geographic" jurnalının yaxın bir neçə ildə elektronlaşdırılması nəzərdə tutulmur. Bu barədə "National Geographic" jurnalının baş redaktoru Seymur Teymurov Xeberler.az-a  məlumat verib.

Seymur Teymurov jurnalın missiyasının dünyanı oxuculara tanıtmaq olduğunu qeyd edib: “Bizim jurnal daha çox şəkillərdən ibarət olduğu üçün elektron daşıyıcılar həmin effekti tam əks etdirə bilmir. Jurnal yüksək poliqrafiq keyfiyyətdə nəşr olunur. Bu səbəbdən də hələlik jurnalın yalnız çapına üstünlük verəcəyik. Əlbəttə, cəmiyyət inkişaf edir və insanlar hər  şeyi elektron daşıyıcılar üzərində görmək istəyir.  Biz məsələni diqqətdən kənarda qoymayacağıq, amma yaxın bir neçə ildə biz jurnalı elektronlaşdırmaq fikrindən uzağıq”.

"National Geographic" jurnalı Qafqazda ilk dəfə 2012-ci ildə Gürcüstanda dərc edilib. 1888-ci ildən nəşr olunan ingilisdilli "National Geographic" jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Jurnal ingilis dilindən əlavə, 40 dildə dərc olunur. 2014-cü il martın 3-də jurnalın Azərbaycan dilində nəşr olunması barədə müqavilə imzalanıb və ilk sayı sentyabrın 1-dən oxuculara təqdim olunub. 

Jalə Şahinqızı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə