ATVplus abunəçiyə 156 kanal təklif etdi

21-12-2014 / 09:16

Yeni il ərəfəsində ATVplus şirkəti yeni kanalları müştərilərinə təqdim edəcəyini bildirmişdi. Artıq test rejimində əlavə kanalların translyasiyasına başlanıb. ATVplus abunəçisi bir müddət əlavə pul ödəmədən 156 kanala baxa biləcək.

Aylıq qiyməti 9 mnanat olan “Standart” paketə hələ 12 kanal əlavə edib. Yeni paket isə 60 məşhur xarici kanaldan ibarət olacaq. Testlərdən sonra abunəçi əlavə 6 AZN ödəməklə 156 kanaldan yararlanacaq.

ATVplus həm də simsiz birləşmə təklif edir: evin divarını yararaq müxtəlif kabelləri mənzilə keçirməyə ehtiyac qalmayacaq. Televizor, adi antena, brauzer və qoşulmaq üçün bir neçə dəqiqə vaxt sərf etməklə birləşmə qurulacaq. /bizimyol.info /

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə