Pulsuz alternativ Maxthon 2.1.4 brauzeri yenilənib. Maxthon 2.1.4 şəbəkədə olarkən tələb olunan bütün vacib funksiyaları yerinə yetirir. O, “pop-up”-reklamını bağlamaq, Flash formatında faylları saxlamaq, səhifəyə çıxış kodunu göstərmək funksiyalarına malikdir.
ComponentOne şirkəti məşhur ComponentOne Doc-To-Help 2009 məhsulunun yeni versiyasını buraxıb. Bu versiya texniki sənədləşmədə redaktə və publikasiya etmək, sorğu sistemlərini hazırlamaq üçün mütəxxəssislər tərəfindən istifadə olunur. Kontentin yaradılması üçün bütün funksiyaları yerinə yetirən XML – uyğun redaktoru istifadə olunur.
PlayStation 3 istifadəçiləri bundan sonra xəbərləri və hava proqnozunu izləyə biləcək.Şirkət PS 3 üçün “Life with PlayStation” adlı xidmətini təqdim edib.
ABŞ-da fəaliyyət göstərən T-Mobile şirkəti 4G sınağını apardı və böyük nailiyyətlər əldə etdi.Almaniyada həyata keçirilən sınaqda Reyn çayının iki müxtəlif tərəfində yerləşən Deutsche Telekom vəT-Mobile şrkətinin binaları arasında hərəkət edən obyektin fayl transferi yoxlanılıb.
Yahoo internet-portalının əsas səhifəsi olan Yahoo.com saytının yeni variantı test fəaliyyətinə başlayır. Bir qədər yenilənmiş dizayndan əlavə, yeni versiya? istifadəçilərə onun görünüşünü müəyyən etmək, eləcə də bu və ya digər məlumatların göstərilib-göstərilməməsinə dair qərar qəbul etmək imkanı yaradır.
Ötən həftə Samsung Electronics netbukunun rəsmi təqdimatı keçirildi. NC10 modeli yığcam, funksional və sərbəsi iş rejimlidir. Samsung şirkətinin söylədiklərinə görə, 1,33 kq olan netbuk 6 batareya ilə 8 saata qədər işləyə bilir. 10,2 donuq displeyə, LED işıqlandırmaya, WSVGA (1024 x 600 piksel) və yüksək əlvanlığa malikdir.
Siemens sənaye konserni özünün Fujitsu Siemens Computers şirkətindəki payını Avropanın personal kompüter, server və noutbuk istehsalçılarına sataraq kompüter biznesi sahəsindən tamamilə çıxmaq niyyətindədir.
Bakıda Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcədə Poçt və Telekommunikasiya Administrasiyaları Avropa Konfransının (CEPT) birgə təşkil etdiyi Tezliklərin İdarə olunması üzrə işçi qrupun 64-cü toplantısı öz işinə başlayıb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın Avropa Şurasının “Kibercinayətkarlıq üzrə Konvensiyası”na qoşulması ilə əlaqədar müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə informasiya təhlükəsizliyi üzrə beynəlxalq standartlara uyğun milli standartlar hazırlanır.
Intel büdcə üçün enerji effektli sistemə malik Atom 330 prosessorlarını təqdim etdi. Qeyd olunur ki, belə məhsullar noutbuklar (netbuklar) üçün deyil, stolüstü sistemlər üçün nəzərdə tutulub. Intel atom 330 prosessorlarını Intel 945GC Express çipseti ilə birgə istifadə üçün istehsal edib.
Sentyabrın 21-i gecə saat 4.30-da mak.az – Online Marketinq Jurnalının Forumu 3 erməni xaker tərəfindən ələ keçirilib. Xakerlər forumdakı bəzi texniki boşluqları əvvəlcədən görüb və planlı şəkildə hərəkət ediblər.
Prezident seçkiləri günü seçkiləri müşahidə etmək üçün məntəqələrdə kameralar quraşdırılacaq. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Mövzuya davam edib bildirək ki, 2007-2008-ci tədris ilinin əvvəlində ümumtəhsil məktəblərində müəllimlərin sayı 173 708 nəfər olub. Proqramın icra olunduğu 3 il ərzində nazirlik müəllim heyətindən yalnız 12232 nəfərinə informasiya və kommunkisiya hazırlıq kursları keçib.
Amerika provayderi Comcast, ABŞ Federal komissiyasının (FCC) tələbinə cavab olaraq, yüksəksürətli şəbəkələrinin idarə olunması ilə bağlı planlarını bölüşdü. Xatırladaq ki, FCC Comcast-ı BitTorrent trafikinin bağlanması yolu ilə internet istifadəçilərinə təqdim olunmuş xidmətləri pozmaqda günahlandırırdı. FCC qeyd edir ki, provayder istifadəçiləri xəbərdar etmədən onların internetə daxil olmasını çətinləşdirib.
BetaNews-un məlumatına görə, Nyu-Yorkda keçirilmiş İnterop 2008 konfransında istehsalçılar alıcılara iki simsiz əlaqə yaradan texnologiyadan - WiMAX və LTE birləşməsindən ibarət məhsul təqdim edəcəklər.