30 müxtəlif ölkədə qısa müddətdə satışa çıxarılan BlackBerry 10 əməliyyat sistemli Z10, şirkətin iş ortaqları arasında da böyük marağa səbəb olub. “BlackBerry”-in rəsmi blog səhifəsində paylaşılan məlumata görə BlackBerry Z10 təxminən 1 milyon sifariş alıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin internet saytında (eco.gov.az) Nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqəmətlərinin dolğun surətdə ictimaiyyətə çatdırılması məqsədilə məzmun baxımından bir sıra dəyişikliklər edilib.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun respublikanın bölgələrində göstərilən rabitə və informasiya texnologiyaları, o cümlədən poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyət və problemləri ilə bağlı vətəndaşlarla açıq görüşləri keçiriləcək.
Bakıda \"Evlərə optika\" layihəsinin icrasına başlanılıb. Bu barədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, bu layihənin tətbiqi ilə \"Baktelekom\" abunəçiləri üçün son mill probleminin, yəni internetin sürətinin mənzilə qədər itməsi problemi tamamilə həll edilmiş olacaq. Baş mütəxəssis bildirdi ki, layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondunun \"Evlərə optika\" birgə əməkdaşlığı ilə baş tutacaq.
“Azercell Telekom” MMC-nin əsas səhmdarı olan \"TeliaSonera\" şirkətlər qrupunun prezidenti Per-Arne Blomquist və “TeliaSonera”nın Avrasiya biznes dairəsinin prezidenti Veysel Aral Bakıda səfərdə olublar. Publika.Az-ın verdiyi xəbərə görə, “Azercell”in ev sahibliyi ilə keçən səfər zamanı qonaqlar rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüblər.
Bu gün gənc alimlərin informasiya texnologiyalarına və xarici dillərə dərindən yiyələnməsi vacibdir. Elmi ədəbiyyatların çoxunun xarici dillərdə olması bu məsələyə xüsusi diqqət yetirilməsini şərtləndirir.
Azərbaycanda son bir ayda informasiya və rabitə sahəsində göstərilən xidmətlərin həcmi artıb.
Azərbaycanda “Asan imza” - yeni mobil rəqəmli imza texnologiyası tətbiq edilir. “ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, “Asan imza” mobil elektron imza mobil telefon istifadəçiləri üçün nəzərdə tutulmuş ən asan və təhlükəsiz həllərdən biridir.
Azərbaycanın ilk mobil rabitə operatoru olan \"Bakcell\" şirkəti \"Ayda bir dəfə ödə və rahat ünsiyyət üçün hər şey əldə et\" məhsul fəlsəfəsi ilə özünün \"Klass\" subbrendi çərçivəsində yeni tariflər portfelini təqdim edib.
Martın 14-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Teleradio İstehsalat Birliyində nazir Əli Abbasovun iştirakı ilə yerli İnfoSpace MMC tərəfindən hazırlanmış proqram təminatının təqdimatı keçirilib.
Bakıda keçirilən Azərbaycan-Rumıniya biznes forumunda İKT sahəsi üzrə ixtisaslaşan 4 rumın şirkəti iştirak edib.
«JW Marriott Absheron» otelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi, «Bakcell»in baş sponsorluğu, «Microsoft Azerbaijan», «Nokia» və «Mobitel»in təşkilati dəstəyi ilə keçirilən «WinPhone 2» müsabiqəsinin final mərasimi keçirilib.
Xəzər Universitetində “webtəhsil” konfransı keçirilib. Lent.az-ın məlumatına görə, konfrans Microsoft Azərbaycan, IREX Azərbaycan, Təhsil Nazirliyinin “Elekton Təhsil” Respublika müsabiqəsi, Mədəd Azərbaycan, Azərbaycan İnternet Forumunun dəstəyi ilə “Youth Network of Azerbaijan” Gənclər Təşkilatı tərəfindən keçirilib.
İqtisadiyyatın müxtəlif sahələrində yeni və qabaqcıl informasiya texnologiyalarının tətbiqi modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın daha da artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
«Azərbaycanda nə internet resurslarının, nə də \"Facebook\" sosial şəbəkəsinin qadağan olunması gündəmdə deyil».