\"Əgər Azərbaycanın bloggerləri belə bir Forumda iştirak edirdisə, mütləq və mütləq Eminlə Adnanın məsələsi müzakirə edilməliydi. Hamı bilir ki, Eminlə Adnan öz bloqlarında tənqidi mövqedən çıxış etdiklərinə görə həbs olunublar. Mən orda olduğum müddətdə bu məsələnin müzakirə olunduğunu görmədim\".
Şərh: 0\\\\\\\'Bloqosfer ölkə miqyasında keçirilən ilk ölkə miqyaslı tədbirdir. Burada bloqçular və yeni media nümayəndələrinin müxtəlif tərəflərini əks etdirən insanlar müxtəlif məsələləri müzakirə etdilər. Xeyli səmərəli müzakirələr oldu. Mənim ümumi qənaətim budur ki, bu tipli tədbirlər Azərbaycan internetinin inkişafına kömək edəcək\\\\\\\'.
Şərh: 0ünyanın ən böyük video paylaşım saytı olan YouTube-dən daha bir yenilik. 13 sentyabr tarixində YouTube-də canlı verilişin test yayımı olacaq. Test yayımın 4 partnyoru olacaq YouTube - Howcast, Next New Networks, Rocketboom və Young Hollywood. Yayımı izləmək üçün 4 partnyordan birinin səhifəsinə girmək kifayətdir.
Şərh: 0Yəqin ki özünüzü kompütersiz təsəvvür etmirsiniz. Amma bu təsəvvür insan fiziki cəhətdən özünü sağlam hiss edəndə hökm sürür. Bəs canımız zərər görəndə, səhhətimizdə problemlər yarananda necə? Sağlamlığın hər şeydən dəyərli olduğunu dərk edəndə necə, o zaman kompütersiz yaşaya bilməyəcəyimiz bizi çoxmu düşündürür?
Şərh: 0- Bizim Quba rayonunda internet kluba gedən qızlara pis baxırlar. Qız inretnetdən istifadə edəndə, oğlanlar min cür söyüş söyür, pis videolara baxırlar. - İnsanlar ata-analarından çox mühitlərinə bənzəyirlər. Region insanlarının «wap çatlar»da hansısa tələbatlarını ödəmək üçün kimlərisə axtarmaları normaldır.
Şərh: 0Ermənistan Gürcüstanı onu normal internetdən məhrum etməkdə suçlayır. Belə ki, sentyabrın 11-dən Ermənistandakı intğernet istifadəçilərinin bir hissəsi şəbəkəyə çıxış imkanından məhrum olub, qalan hissəsində isə məlumatların ötürülməsi sürəti əhəmiyyətli dərəcədə azalıb.
Şərh: 0Mark Herdin atdığı addım aləmi qarışdırıb “Hewlett-Packard” (HP) korporasiyasının keçmiş rəhbəri Mark Herd “Oracle”ın Direktorlar Şurasına qəbul edilib və şirkətin prezidenti vəzifəsinə təyin edilib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, o, öz fəaliyyətinə dair “Oracle”ın baş icraçı direktoru Larri Ellisona hesabat verəcək.
Şərh: 0\"Əhalinin sayına görə MDB məkanında internetin maksimal sürəti Azərbaycandadır. Hazırda Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. Belə ki, ölkədə internetin hazırkı ümumi sürəti 10 Qbit təşkil edir\". Bu sözləri Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib
Şərh: 0İstifadəçilər üçün pulsuz olacaq “Google TV” televiziya servisi ilin sonuna kimi ABŞ-da istifadəyə veriləcək. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu “Google” korporasiyasının rəhbəri Erik Şmidt bəyan edib.
Şərh: 0ABŞ-ın Merilend ştatının sakini Karen Bet Yanq “Facebook” sosial şəbəkəsində səhifəsi bağlandığı üçün məhkəməyə üz tutub. Amerikalı xanım “Facebook”da 2010-cu ilin fevralında səhifə açıb və qısa müddətdə bu sosial şəbəkədə dost olub. Karen Bet Yanq burada onkoloji xəstəliklərlə mübarizə aparan qrup da yaradıb və sosial şəbəkənin digər istifadəçilərinin də bura qoşulmasına səy göstərib.
Şərh: 0