Məlum olduğu kimi ölkə prezidenti İlham Əliyevin 2010-cu il 11 avqust tarixli Sərəncamı ilə Elektron Azərbaycan Dövlət Proqramı təsdiq edilib. Bununla bağlı və ölkədə İKT sektorunda mövcud vəziyyətlə bağlı Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüzün fikirlərini öyrəndik.
Şərh: 0Əhalinin sayına görə MDB məkanında internetin maksimal sürəti Azərbaycandadır. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda internetin sürəti yüksək səviyyədədir. Belə ki, ölkədə internetin hazırkı ümumi sürəti 10 Qbit təşkil edir:
Şərh: 0Azərbaycanlı istifadəçilər arasında 18-24 yaşlı gənclər üstünlük təşkil edir İnternet aləminin ən məşhur sosial şəbəkələrindən olan \"Facebook\" ölkələr üzrə rəsmi statistika hazırlayıb. Qaynar.info xəbər verir ki, hesabatda Azərbaycan 203720 istifadəçisi ilə 212 ölkə arasında 97-ci yerdə qərarlaşıb. Bunların 125 min 320 nəfəri kişi (62%), digər 75 min 400 şəxsi isə (32%) qadınlardır.
Şərh: 0Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil rabitə nömrələrinin bir operatordan digərinə daşınması qaydalarının layihəsini gələn həftə təsdiq olunmaq üçün aidiyyatı qurumlara təqdim edəcək. Bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib.
Şərh: 0İnformasiya cəmiyyəti əsrində ölkələr müharibəni ilk növbədə meydanda deyil, dünya hörümçək torunda aparırlar. Kim ölkəsi haqqında daha çox təbliğat aparırsa, daha ətraflı material yerləşdirirsə və dünyaya səsini daha effektiv şəkildə çatdırırsa həmin ölkənin səsinə səs verənlər də daha çox olur. Bəs, Azərbaycan necə dünya internet şəbəkəsində yetərincə tanınırmı və təbliğatın öhdəsindən nə dərəcədə gələ bilir?
Şərh: 0Ölkəmizdə türk dilində yayımlanan heç bir KİV boşluğunu \\\\\\\"1news\\\\\\\" İnformasiya agentliyi doldurdu. Agentliyin yeni layihəsi olan www.1news.com.tr. oxucuları hər an operativ şəkildə Azərbaycanda və xaricdə baş verən ən son yeniliklərlə tanış edəcək, analitik müsahibələri, rəsmi xronikanı, mədəniyyət aləmindən məlumatları, siyasi informasiyaları və idman xəbərlərini türk dilində izləmək fürsəti verəcəkdir.
Şərh: 0Azərbaycanın orbitə buraxılacaq ilk süni peykinin istehsalına başlanılıb. Bu barədə Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, peykin hazırlanması üzrə işlər plana uyğun gedir. Nazir qeyd edib ki, artıq peykin buraxılması ilə bağlı bütün müqavilələr imzalanıb və kadr hazırlıqlarına başlanılıb: “İndi əsas məqsəd kadr hazırlığıdır, bazarların öyrənilməsi və rəqabət qabillyyətli olmasıdır”
Şərh: 0“bp” neft şirkəti iyun ayında “Google” internet-axtarış sistemində reklamını yerləşdirmək üçün 3,6 milyon dollar xərc çəkməli olub. Bir qədər öncə isə şirkətin xərcləri bir ay ərzində 57 min dollar təşkil etmişdi. “bp”nin reklamlara bu qədər xərc çəkməsinin səbəbi Meksika körfəzində baş verən hadisədən sonra öz imicini bərpa etmək istəyidir.
Şərh: 0Şirkətin kompüterləri alışıb yana bilər Dünyada elektronika və məişət texnikası sahəsində ən böyük istehsalçılardan biri olan Yaponiyanın “Toshiba” şirkəti kompüterlərini geri yığır. Buna səbəb “Toshiba”nın son istehsalı olan kompüterlərdə öz-özünə alışma təhlükəsinin olduğunun üzə çıxmasıdır
Şərh: 0Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” təsdiq edildi. Dövlət Proqramının əsas hədəflərindən biri də ölkəmizdə bütün sahələrə informasiya və kommunikasiya texnologiyalarının (İKT) səmərəli tətbiqinin genişləndirilməsi və “Elektron hökumət” quruculuğunun daha da sürətləndirilməsidir.
Şərh: 0