Nəhəng internet-axtarış sistemi “Google” savadlı kadrlarını əldən verməmək üçün əməkdaşlarının əmək haqlarını artırmaq məcburiyyətində qalıb. Buna səbəb isə son vaxtlar internet-axtarış sisteminin işçilərinin “Facebook” sosial şəbəkəsi tərəfindən sərfəli təkliflərin gəlməsi olub.
Şərh: 0Hazırda dünya miqyasında istifadəçilərin sayına görə digər saytları və sosial şəbəkələri geridə qoyan \\\"Facebook\\\" şəbəkənin rəsmi statistik hesabatını açıqlayıb. Qaynar.info xəbər verir ki, hesabatda 2010-cu ilin fevral ayından avqustun ayınadək olan nəticələr göstərilib. Beləliklə Facebook-dan ən çox istifadə edilən ölkələrin beşliyi belədir:
Şərh: 0Çat həvəskarları hər an virus hücumuna məruz qala bilər İnternetdə müxtəlif çat (IM) proqramları vasitəsi ilə yayıla bilən yeni virus aşkarılanıb. “Kaspersky Lab” anti-virusunun aşkar etdiyi yeni virius ailəsi “Yahoo!Messenger”, “Skype”, “Paltalk Messenger”, “ICQ”, “Windows Live Messenger”, “Google Talk” və “XFire” istifadəçiləri üçün əsl təhlükə mənbəyinə çevirilib.
Şərh: 0Azərbaycanın aparıcı mobil rabitə operatorlarından olan «Azercell Telecom» şirkəti Bakıda yeni «Azercell Express» ofisini istifadəyə verib. Yeni ofis Yusif Səfərov küç. 9/16 ünvanında (yeni inşa edilmiş Ali Məhkəmənin yaxınlığında) yerləşir. «Azercell Express» ofislərində abonentlər telefon danışığına görə ödəmə həyata keçirə, müştəri xidmətlərindən istifadə edə, həmçinin yeni telefon və ya nömrə ala bilər.
Şərh: 0Ölkəmizdə internet istifadəçilərinin sayı durmadan artır. İnternetə hər təbəqədən, hər nəsildən olan insanlar daxil olur. Bəziləri internetdən dost tapmaq üçün, bəziləri sevgili axtarmaq üçün, bəziləri özünü reklam etmək üçün istifadə edirlər. Bəs görəsən orta məktəb şagirdləri internetdən nə məqsədlə istifadə edirlər? Biz də bu suala cavab tapmaq məqsədilə üz tutduq paytaxtın bir neçə internet klubuna.
Şərh: 0\"Şəxsən mənim özümdə bu dəqiqə tutub həbsə atacaqlar təşvişi yaradır. Məsələn, hər dəfə sərhədi keçəndə düşünürəm ki, tənqidlərə görə məni burda həbs edəcəklər. Çünki mənə xeyli zəng gəlir ki, tənqidi yazılarını yığışdır. Axı bloqçu siyasətşi deyil, sadəcə, öz fikirlərini, düşüncələrini ictimaiyyətlə bölüşən insandır\".
Şərh: 0“İrəli” İctimai Birliyi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Qubadlı rayonu haqqında bloqu istifadəyə verib. Qeyd edək ki, bu günə qədər artıq Şuşa, Laçın, Ağdərə, Ağdam Füzuli və Cəbrayıl haqqında bloqlar istifadəyə verilib. İlin sonuna isə Azərbaycanın işğal altında olan bütün rayonlarına həsr olunmuş sayt/bloqlar istifadəyə veriləcək.
Şərh: 0“The Evolving Internet” (“İnkişaf edən internet”) hesabatı çərçivəsində “Cisco” şirkəti və “Monitor Group” təşkilatının mütəxəssisləri internetin inkişafına dair dörd mümkün tendensiya proqnozlaşdırıblar. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ehtimal edilən tendensiyaların birinə əsasən Qlobal Şəbəkə sürətli ekspansiya xətti üzrə inkişaf etməkdə davam edəcək.
Şərh: 0“Odnoklassiki” sosial şəbəkəsinə qeydiyyat pulsuz olub. Şəbəkənin yaydığı press-relizdə qeyd olunub ki, bu addım rəqiblərlə daha səmərəli mübarizə aparmaq məqsədi ilə atılıb. Bundan sonra şəbəkədə yeni qeydiyyatdan keçənlər yenə öz mobil nömrələrini daxil edəcəklər. Amma qeydiyyat haqqında göndərilən SMS pulsuz olacaq.
Şərh: 0Xarici İşlər Nazirliyinin rəsmi saytında Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın tərkibində göstərilib Xarici İşlər Nazirliyinin rəsmi saytında Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın tərkibində göstərilib Ermənistan Xarici İşlər Nazirliyi (XİN) işğal altında olan Dağlıq Qarabağın Azərbaycan ərazisi oluğunu təsdiq edib.
Şərh: 0