Azərbaycanın “İrəli” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Azərbaycanın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Füzuli və Cəbrayıl rayonları haqqında yeni sayt / bloq istifadəyə verib. Sayt/bloqlar http://myfuzuli.wordpress.com və http://myjabrail.wordpress.com internet ünvanlarında yerləşdirilib
Şərh: 0"Mobile visa" sistemi sayəsində əcnəbilər turist operatorlarına müraciət etmədən internet vasitəsilə viza sifariş edə biləcəklər
Şərh: 0Müxtəlif sosial şəbəkələrdə vaxtlarını keçirən işçilər Britaniya iqtisadiyyatına milyardlarla funt sterlinqə başa gəlir. MyJobGroup.Co.Uk resursu tərəfindən Böyük Britaniya əhalisi arasında aparılmış qeyri-adi sorğu nəticəsində məlum olunub ki, əməkqabiliyyətli əhalinin təxminən 6 faizi (2 milyona yaxın insan), işdə olarkən gün ərzində bir saat vaxtlarını sosial onlayn-media resurslarına həsr edir.
Şərh: 0İnternetdə yeni təhlükəsizlik sistemi yaradılır, saytlarına xüsusi kod veriləcək İnternetin və domen adların idarə edilməsinə görə məsuliyyət daşıyan İCANN kiber quldurların istifadəçiləri aldatmaq üçün saxta saytlardan istifadə etmələrini əngəlləyəcək yeni təhlükəsizlik tədbirləri hazırladığını açıqlayıb.
Şərh: 0Azərbaycan mobil operatoru olan Bakcell şirkəti Zaqatala və Lənkəran şəhərlərində yeni BakcellIM Satış və müştəri xidmətləri mərkəzləri açıb. Açılış mərasimlərində Bakcell şirkətinin əməkdaşları ilə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də yaxınlıqdakı rayonlarının diler heyəti iştirak edib.
Şərh: 0Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi saytının (www.president.az) iPhone istifadəçiləri üçün xüsusi əlavəsi hazırlanıb. Bu əlavəni yükləyən istifadəçilər Prezidentin çıxışları, müsahibələri, qatıldığı tədbirlər, eləcə də fotomateriallarla dərhal tanış olmaq imkanı qazanacaqlar.
Şərh: 0Dünyada “QuestNet Ltd.” kimi məşhur olan piramida şəbəkəsi adını dəyişir. “QuestNet Ltd.” adı rəsmən dəyişdirilərək “QNet Ltd.” adı ilə əvəzlənib. Bu il iyul ayının 1-dən “QNet Ltd.” adı ilə fəaliyyətini davam etdirən şirkət Azərbaycandakı ofislərinə də bu barədə məlumat verib.
Şərh: 1Avqustun 2-də ilk dəfə olaraq internet vasitəsilə canlı video bağlantı ilə İqtisadi İnkişaf Nazirliyinin məsul şəxsi vətəndaşı “online” rejimində qəbul edib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, qurumun yenilənmiş internet səhifəsində “Vətəndaşlarla canlı əlaqə” səhifəsi yaradılıb. Saytın bu bölməsindən istifadə etməklə vətəndaşlar nazirliyin inzibati binasına gəlmədən, internetə çıxış imkanı olan istənilən yerdən qurumun vəzifəli şəxsləri ilə canlı əlaqə yarada bilərlər.
Şərh: 0DMOZ.org-un şərti adı “Salis” olan Azərbaycanlı-Şəkili redaktoru bu ilin 1-ci yarısında ilk dəfə olaraq həmin kataloqun türkmən, özbək və uyğur dillərində yeni kateqoriyalarını yaratmaqla özünün, Şəkinin və Azərbaycanın adını əbədi olaraq o qardaş xalqların internet tarixinə daxil etmiş oldu!
Şərh: 1Dilmanc layihəsinin rəsmi saytında Azərbaycan dili üçün ilk mətnin səsləndirilməsi proqramının demonstrasiya variantı yerləşdirilib. Sayta daxil olmaqla (http://www.dilmanc.az) hər hansı bir mətni daxil edərək, onun səsli oxunuşuna qulaq asmaq mümkündür.
Şərh: 0