Təhlükəsizliyin istənilən səviyyədə olmaması səbəbiylə Facebook istifadçiləri kəskin şəkildə azalıb.
Şərh: 0ABŞ-ın “CNN” televiziyası Yaxın Şərq üzrə redaktoru Oktavia Nasiri işdən qovub. Buna səbəb Oktavia Nasirin “twitter” sosial şəbəkəsində yazdığı mesaj olub. “CNN”də 20 ildir çalışan və kanalın ən tanınmış jurnalistlərindən olan Oktavia Nasir “twitter”dəki səhifəsində Livanda iki gün əvvəl dəfn edilən şiə lider Hüseyn Fadlallah haqqında “Hizbullah”ın böyük sayğı durduğum nəhənglərindən biri” sözlərini yazıb.
Şərh: 0“Mozilla Foundation” təşkilatı “Firefox 4” brauzerinin açıq beta-test işlərinin başlandığını elan edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni versiyaya onlarla dəyişiklik əlavə olunub.
Şərh: 0Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Aztelekom” İstehsalat Birliyinin Abşeron Telekommunikasiya Qovşağı (TKQ) bu ilin I yarımilliyinin yekunlarını açıqlayıb. RİTN mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, hesabat dövründə əldə olunan gəlirlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq 1 mln. 431 min manatdan çox təşkil edib.
Şərh: 0“İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi Ağdərə haqqında yeni sayt/bloq istifadəyə verib. http://myaghdara.wordpress.com/ ünvanında adıçəkilən rayonumuz haqda məlumatlar yerləşdirilib.
Şərh: 0“Microsoft” korporasiyası iyulun 7-də işçilərini ixtisar edib. Ümumilikdə şirkətin dünya üzrə nümayəndəliklərində çalışan bir neçə yüz nəfər işçisi ixtisara düşüb. İşdən çıxarılmış əməkdaşların dəqiq sayı haqda məlumat verilmir. Şirkət bu ixtisarları rəsmi şərh etməyib.
Şərh: 0Azərbaycanın Naxçıvan Muxtar Respublikası “Xalq Kompüteri” layihəsinə qatılmaq imkanı əldə edib. Layihənin icraçılarından biri olan “Bestcomp Group” şirkətindən APA-ya verilən məlumata görə, bu yaxınlarda “Bestcomp Group” və Naxçıvan MR İnternet Mərkəzi arasında “Xalq Kompüteri” layihəsinin Naxçıvanda genişləndirilməsi məqsədilə müqavilə imzalanıb.
Şərh: 0Microsofta əsəbləşən bir qrup həvəskar, Windowsda tapdıqları açığı görün necə etdilər...
Şərh: 0Azərbaycanın internet məkanında may-iyun aylarında 60 yeni *.az domeni qeydiyyatdan keçib.
Şərh: 0Srağagün Bakıda keçirilən "Yeni media erasının dəyərləri" adlı konfransda mətbuatın problemləri ilə bağlı ciddi diskussiyalar yaşanıb. Bunlardan biri də internet mediasının lisenziyalaşdırılması ilə bağlı olub. ATƏT-in media azadlığı üzrə keçmiş nümayəndəsi Mikloş Haraşti deyib ki, Azərbaycanda internetin lisenziyaya cəlb edilməsi söz azadlığının daha da məhdudlaşdırılması demək olardı.
Şərh: 1