Googlun icarçı direktoru Erik Şmit bəyan edib ki, onun təmsil etdiyi şirkət istənilən halda Yahoo ilə reklam əməkdaşlığını təxirə salmayacaq.
Şərh: 0Ən yaxşı internet Yaponiyada, Avropada isə Niderland və İsveçdədir. Bu nəticələri internet sürətini və keyfiyyətini dünyanın bütün qitələrində yoxlayan Oksford və İspaniyada Ovyedo universitetlərində əldə ediblər. «Vedomosti» qəzetinin yazdığına görə, Speedtest.net tədqiqatı Cisco Systems Amerika telekommunikasiya təchizatı istehsalçısının sifarişi ilə həyata keçirilib.
Şərh: 0Nielsen Online tədqiqat şrkətinin məlumatına görə, Google, Chrome brauzerini təqdim etdikdən bir həftə sonra iki mln. amerikalının marağına səbəb olub. Sentyabrın 1-dən 7-nə qədər olan tarixdə Thank You səhifəsinə 1,9 mln. ABŞ istifadəçisi baş çəkib.
Şərh: 0BBC News-un xəbər verdiyinə görə, pulsuz Bədii onlayn arxivinə 14 məşhur XX əsr Amerika şairinin səsi əlavə olunub. Artıq istifadəçilər şeirlərə Qvendolin Bruks, Teodor Rotke, Ted Kuzer, Robert Pinski, Yosef Komyunkaa, Filip Levin kimi Amerika müəlliflərinin ifasında qulaq asa bilərlər.
Şərh: 0ABŞ-da böyük kompüter şəbəkələrinin satışı ilə məşğul olan supermarketlərin sahibi Best Buy mağazalar şəbəkəsi Napster musiqi xidmətini satın alma haqda müqavilə bağladı. Naster xidməti 1999-cu ildə fayl mübadiləsi şəbəkəsi kimi açılmışdı. Lakin səsyazma mərkəzləri tərəfindən təziqlərə görə bağlanmağa məcbur qalmışdı.
Şərh: 0ooVoo - xüsusi texnologiyalarla qurulmuş, İnternetdə istifadəçilərə videokonfrans yaratmaq imkanı verən proqram təminatıdır. Burada həm təkbətək, həm də bir neçə insanla söhbət etmək olar.
Şərh: 0Yahoo daha da inkişaf etmək və güclənmək məqsədilə keçən həftə Kaliforniyadakı Sannivalda 300-ə yaxın hakeri bir yerə yığıb.
Şərh: 0Microsoft, Kanada şirkəti, BlackBerry kommunikatorlarının istehsalçısı Research In Motion (RIM) ilə əməkdaşlığı genişləndirdiyini bəyan etdi. Belə ki, istifadəçilər BlackBerry smartfonlarının brauzerlərindən Microsoft Live Search axtarış sisteminə daxil ola biləcəklər. Smartfon sahibləri həm internetdə, həm də olduğu məkanla bağlı yerli axtarış verə bilərlər.
Şərh: 0IDG News-un məlumatına görə, İBM (India Research Laboratory) yazıb oxuya bilməyən, eləcə də İnternetə çıxışı olamayan istifadəçilər üçün Spoken Web layihəsi çərçivəsində səsli şəbəkə yaratmaq fikrindədir. Spoken Web-in əsasında telefon şəbəkəsində veb analoqunu yaradan VoiceXML və HSTP texnologiayları durur.
Şərh: 0Mozilla, xüsusi rejim funksiyasını Firefox 3.1-in ilk beta versiyasında tətbiq etməyə hazırlaşır. Bu rejim daha əvvəl Google Chrome və İnternet Explorer 8-in ikinci beta versiyasında da həyata keçirilmişdi.
Şərh: 0