NTV-nin məlumatına görə, Kembric universitetinin alimləri müəyyənləşdiriblər ki, arzuolunmaz məktubların gəlməsi elektron poçtun birinci hərfindən asılıdır. Spamların 40 faizi A, M, S, P hərfləri ilə başlayan e-mail-lərə göndərilir.
Şərh: 0Google şirkəti öz servislərinin xidməti altında yaratdığı Chrome brauzerinin beta-versiyasını buraxdı. Axtarış xidməti ilə bərabər Mozilla Firefox-un da işini maliyyələşdirən Google İnternet Exploreri sıxışdırmaqda davam edir. Bununla da, Google internet şirkəti Microsoft-la mübarizədə ikinci front açdı.
Şərh: 0Microsoft Skymarket adlı internet-mağaza açmaq niyyətindədir. TechRadar-ın yazdığına görə, burada Windows Mobile sisteminin istifadəçiləri üçün yükləmələr satılacaq. Microsoft Skymarket məhsullarını idarə etmək üçün menecer axtarır. Skymarket Windows Mobile 7 əməliyyat sistemi ilə birlikdə yüklənəcək. Istifadəçilər mağaza ilə 2008-ci ilin payızında tanış olacaqlar.
Şərh: 0Yahoo! İnternet şirkəti özünün Mash sosial şəbəkəsinin fəaliyyətini dayandıracaq. Bu barədə şirkət tərəfindən bütün istifadəçilərə rəsmi bildiriş göndərilib. Yahoo!-nun məktubunda qeyd olunur ki, Mash sosial şəbəkəsi cari ilin 29 sentyabr tarixində bağlanacaq.
Şərh: 0Google şirkəti Google Apps Premier Edition onlayn ofis dəsti kommersiya müştərilərinin könlünü ələ almağa çalışır. Google Apps şirkətinə xidmət edən aparatlara ziyan vuran üç qəzadan sonra, şirkət kommersiya müştərilərinə dəstdən istifadə üçün daha iki həftə əlavə vaxt verdi. Bundan başqa şirkət proqramın yeni versiyasını təqdim edəcəyini də söylədi. Bu sistem, istifadəçiləri servislə işləyən zaman yarana biləcək problemlərdən xəbərdar edəcək.
Şərh: 0IDG News-un məlumatına görə, İntel şirkəti İntel Atom prosessoru əssında nettop adlanan ucuz kompüter hazırlayıb. Kompüter Hindistanın sifarişi ilə hazırlanıb və internetin populyarlaşması üçün nəzərdə tutulub. Qiyməti isə beş min hind rupisi – 115 dollar məbləğindədir.
Şərh: 0Müasir günümüzdə kompüterin başında o qədər vaxt keçiririk ki, təbii olaraq yemək və digər işlərimizi onun üstündə etməyə məcbur oluruq. Bu da klaviaturanın düymələri arasına müxtəlif tullantıların daxil olmasına səbəb olur.
Şərh: 0Financial Times-ın yazdığına görə, Microsoftun yeni Internet Explorer 8 brauzerinin şəxsi informasiyaların qorunması funksiyasını açması, onun Google kimi şirkətlərin reklam modelində əks olunmasına səbəb ola bilər. Internet Explorer 8 istifadəçilərə onların maraqlarını üzə çıxarmadan saytları izləmək imkanı verir. Hazırda saytlar reklamda yerləşdirilmək üçün istifadə olunur.
Şərh: 0Röytersin məlumatına görə, ölkə üzrə beşinci liqada olan “Ebbsflit Yunayted” ingilis futbol klubu hücumçu oyunçulardan birini satmaq təklifi alıb. Məşhur olmayan klub, 19 yaşlı futbolçusu Con Eykində 140 min funt sterlinq qiymət qoyub (170 min avrodan çox). Futbolçunun komandadan getməsi barədə qərarı isə myfootballclub.co.uk. saytının istifadəçiləri qəbul edəcəklər.
Şərh: 0Microsoft korporasiyası Internet Explorer 8.0 brauzerinin növbəti versiyasını təqdim etdi. Əsas yeniliklərdən Activities, WebSlices, Favorites Bar, Automatic Crash Recovery, eləcə də Improved Phishing Filter-i göstərmək olar. Activities seçilmiş materialı interaktiv rejimdə veb-səhifələrlə bağlamağa imkan verən interaktiv menyunu təqdim edir.
Şərh: 0