comScore şirkətinin analitikləri Çin Yay Olimpiya Oyunlarının rəsmi saytının izlənilməsi statistikasını veriblər. Beijing2008.cn saytı Olimpiyada haqqındakı informasiyaları beş dildə verir: çin, ingilis, fransız, ispan və ərəb dilləri. comScore-nin tədqiqatı göstərib ki, sayt olimpiyanın ilk on günündə 16 mln. yarım istifadəçini özünə cəlb edə bilib.
Şərh: 0PC PRO-nun yazdığına görə, eBay internet-hərracında American Express, Natwest və Royal Bank of Scotland banklarının müştərilərinin milyona yaxın bank hesabı ilə özəl məlumatları olan kompüter satılıb. Kompüterdə adlar, ünvanlar, mobil telefon, bank hesabı, kredit kartları nömrələri, hətta müştərilərin imzaları var.
Şərh: 0American Airlines aviaşirkəti Aircell provayderinin Gogo servisi sayəsində öz müştərilərinə uçuş zamanı internetdən istifadə etmək xidmətini təqdim edib. Yeni xidmət bütün sərnişinlər üçün nəzərdə tutulub.
Şərh: 0BBC-nin verdiyi məlumata görə, üzərində hazırlıq işləri gedən Microsoft Internet Explorer brauzerinin səkkizinci versiyasında xüsusi saytlara daxil olma rejimi olacaq.Istifadəçilərin onlayn resurslarında olan izlərini məhv etmək üçün IE8-in tərkibinə potentləşdirilmiş Cleartracks və Inprivate texnologiyaları daxil olunub.Yeni rejimdə keş faylları, səhifələrə giriş yaddaşı, cookies faylları (bu fayllar saytın müxtəlif səhifələrinə daxil olan istifadəçi haqda məlumatları yaddaşda saxlayır) və istifadəçinin internetdə nə ilə məşğul olduğunu göstərən digər məlumatlar silinir.
Şərh: 0İntel və Yahoo şirkətləri IDF 2008 forumunda müasir televizorlara veb-saytları əks etdirmək imkanı verən proqram təminatı haqda xəbər verdi. Widget Channel sisteminin köməyi ilə tamaşaçılar xəbərləri, videoları izləyə, dostları ilə ünsiyyət qura bilərlər. Belə ki, internetlə işləmə verilişləri və filmləri izləyərkən də mümkündür.
Şərh: 0Bu ilin sonuna kimi Azərbaycanda bütün orta təhsil məktəblərinin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək DATA Mərkəzi yaradılacaq. Təhsil Nazirliyi nəzdində təsərrüfat hesablı Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədovun sözlərinə görə, mərkəz 2008-2012-ci illəri əhatə edəcək Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində təşkil olunur.
Şərh: 0Azərbaycan Təhsil Nazirliyi ölkə prezidentinin bu yaxınlarda təsdiqlədiyi «2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı» çərçivəsində gələn ildən ali təhsil müəssisələrinin İnternetlə təmininə başlayacaq.
Şərh: 0Cari ilin oktyabr ayında Şərqi Afrikaya ilk optik lif rabitə xətləri çəkiləcək. 15 000 kilometr uzunluğunda optik lif kabelinin çəkilməsi 600 milyon ABŞ dollarına başa gələcək. Bu məbləğin əsas hissəsinin Afrika investorları tərəfindən ödənilməsi nəzərdə tutulub. Hazırda bu regionun əhalisi İnternet şəbəkəsinə olduqca bahalı peyk rabitəsi vasitəsi ilə qoşulur.
Şərh: 0İnternetin inkişafı proqram təminatı sahəsində əsaslı dəyişikliklərlə nəticələnəcək. Bu barədə Microsoft-un müəssisi Bill Qeyts, şirkətin Asiya Tədqiqat Bölməsinin onilliyinə həsr olunmuş konfransda bəyan edib. Microsoft-un yaradıcısı əmindir ki, gələcəkdə istifadəçilər, güclü serverlərdə verilmiş məsələləri həll etmək imkanına malik uzaqlaşdırılmış proqram təminatı ilə işləyəcəklər. Bunun nəticəsində ucuz kompüterlərə tələbat artacaq ki bu kompüterlərdən yalnız internetə çıxış imkanı kimi istifadə olunacaq.
Şərh: 0Toshiba kompaniyası dünyada ilk dəfə XDE texnologiyası ilə işləyən DVD pleyer təqdim edib. Istehsalçı şirkətin dediyinə görə, yeni DVD digərləri ilə müqayisədə təkmilləşdirilmiş və daha keyfiyyətli təsvir verir. Qurğu avqust ayında 150 $ qiymətində bazara çıxarılmalıdır.
Şərh: 0