Cari ilin sonunadək dünya əhalisinin təxminən dörddə bir hissəsi, yəni 1.4 milyarda yaxın insan müntəzəm qaydada İnternet Şəbəkəsindən istifadə edəcək. Bu göstəricilər IDC şirkətinin yeni araşdırmalarında qeyd olunub. 2012-ci ilədək isə Şəbəkə imkanlarından, 1.9 milyarddan çox, yəni dünya əhalisinin təxminən 30% bəhrələnəcək.
Şərh: 0Biz artıq dünyada ən tanınmış axtarış sistemləri arasında baş verən sərt mübarizələrə öyrəşmişik. Bizlər, Google, Yahoo, MSN, Altavista, AOL və digərlərinin, bazarın hətda balaca hissəsi uğrunda ciddi döyüşlərə belə hazır olmalarına vərdiş etmişik. Ötən gün Hitwise şirkəti, ABŞ-da ən tanınmış axtarış sistemləri siyahısını yeniləşdirib. Hesabat ayı kimi, iyun ayı götürülüb.
Şərh: 0Britaniya polisi, internet vasitəsi ilə 12 milyon dolların oğurlanmasında günahlandırılan, yenizellandiya xakeri Ouen Tor Uokerin istedadını xeyirli işə yönəltmək qərarına gəliblər. İndi xaker, “ümumdünya torunda” baş verən cinayətləri araşdıran bölmədə çalışacaq.
Şərh: 0Vaşinqton və Kaliforniya universitetlərinin tədqiqatçıları oğurlanmış noutbukların axtarılması üçün nəzərdə tutulmuş Adeona sistemini yaradıblar. Pulsuz təqdim olunan açıq kodlu proqramla təchiz olunmuş yeni sistem noutbuka quraşdırılır və avtomatik sürətdə, noutbukun yerləşdiyi ərazi barədə OpenDHT serverinə şifrlənmiş məlumat göndərir. Proqram yalnız İnternetə qoşulduqda işləyir.
Şərh: 0Intel şirkəti rəsmi olaraq, noutbuk istehsalçılarını Centrino 2 – yeni mobil platforma ilə təchiz etməyə başlayıb. Həmin reliz Centrino-nun əsaslı yenidən baxılmasına dair sayca artıq beşincidir. Təqdimat mərasimi zamanı şirkətin məhsul istehsalat xəttində mobil istiqamətin vacibliyini vurğulayan Intel nümayəndələri qeyd ediblər ki, gələcək nəsil mobil platformalarda istehlakçı və korporativ həllərə bölünmə prinsipi saxlanacaq.Yeni Intel Centrino-nun əsasını Penryn ailəsindən olan 45-nm Core 2 Duo prosessorları təşkil edir. Bu istehsalat xəttinə Intel Core 2 Duo P8400 (2.26GHz), P8600 (2.40GHz), T9400 (2.53GHz) və T9600 (2.80GHz) daxildir.
Şərh: 0Yandeks (rusca Я ндекс) Rusiyanın ən böyük arama motoru və portalıdır. O 1997-ci ildə yaradılıb. Onun adı “Yet Another iNDEXer” (YANDEX) və ya dil indeksi (“Языковой Index”) anlamını verir. Rusca «Я» sözü ingiliscə “I” ilə eyni anlam daşıyır, yəni mən şəxs əvəzliyi (I şəxsin təki) Bunu da çevirəndə ikimənalı olur: yəni «Яндех» və «Index».
Şərh: 0Dünyanın ən çox istifadə edilən e-poçt xidmətlərindən Hotmail –i Hindistan əslli bir müsəlman gəncin tapdığı ortaya çıxdı. Bu anda Microsoft korporasiyasına aid olan söz mövzusu mailin arxasında əslində böyük bir müvəffəqiyyət hekayəsi yatır. Bu müvəffəqiyyətin altına imza atan gənc Hindli Müsəlmanın adı Sabir (Sabeer) Bhatia. 1988-ci ildə Sabir, Stanford Universitetində təhsil almaq üzrə ABŞ -a gəlir. Buradan məzun olduqdan sonra internet firmalarından birində işə başlayır, ardından eyni universitetdən məzun olan Cek Smit adlı bir gənclə tanış olur.
Şərh: 0Daily Telegraph qəzeti ən faydalı veb-saytların siyahısını dərc edib. Bloknot, gündəlik və təqvim (hamısı virtual şəkildə) backpackit.com portalında saxlanılır. Siyası tərtib edənlər xəbər saytları arasında marumushi.com/apps/newsmap seçiblər. Daha bir, sadə istifadəçilərin tövsiyələrinə əsaslanan faydalı sayt – digg.com saytıdır.
Şərh: 0Google axtarış sisteminin rəsmi bloqunda, şirkətin personajları hərəkət edən, üçölçülü sosial şəbəkənin istifadəyə verməsi haqda deyilir. Yeni məhsul Lively adlanır və bir çox cəhəti ilə Second Life oynunu xatırladır. Lakin oyundan fərqli olaraq, müvafiq plaqini qurduqdan sonra o, brauzerdə birbaşa işə düşür. Lively istifadəçilərinə özlərinin üçölçülü hərəkət edən personajlarını yaratmağa təklif olunur. Personajın cinsini, üz cizgilərini, saç düzümünü və geyimini seçmək olar. Personajı seçdikdən sonra, adi sosial şəbəkə səhifəsinin analoqu olan özünüzün virtual otağınızı tərtib etməlisiniz.
Şərh: 0Respublika ərazisində universal telekommunikasiya xidmətlərinin tətbiqi ilə bağlı müvafiq işlər görülür. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, regionlarda NGN şəbəkəsinin qurulması istiqamətində “Elektron Şamaxı” layihəsinin başa çatdırılması ilə Şamaxı rayon mərkəzində və kəndlərdə ən müasir tələblərə cavab verən rabitə şəbəkəsi qurulmuşdur.
Şərh: 0