İnformasiya Texnologiyaları şirkəti tərəfindən yaradılmış MrFix Yapı Kimyasalları-nın yeni saytı işıq üzü görüb.
Şərh: 0The New York Times qəzetinin yazdığına görə, Google şirkətini təsis edənlərdən biri Sergey Brin, 2011-ci ildə russiyanın “Soyuz” kosmik gəmisində kommersiya əsasında keşirilən uçuşun iştirakçısı olacaq. Nəşrin verdiyi məlumata əsasən, Sergey Brin kosmik turistlərin BKS-ə (Beynəlxalq Kosmik Stansiyasının) uçuşunu təşkil edən Space Adventures şirkətinin yeni səhmdarı olub. Google təsisçisi şirkətə, uçuş haqqı kimi qəbul ediləcək beş milyon dollar yatırıb.
Şərh: 0Kibercinayətkarlıqla mübarizə məqsədilə polis bölməsini yaradan, Kentuki ştatının baş prokuroru Cek Konvey özü xakerlərin qurbanına çevirilib. Bir müddət Konvey Itunes xidməti vasitəsilə bir neçə musiqi kompozisiyası əldə etmək istəyib və sifarişin emalı zamanı satıcı tərəfindən imtina olunub. Qısa araşdırmadan sonra prokuror, naməlum ziyankarlar tərəfindən ona məxsus kredir kart nömrəsinin oğurlanaraq, hesabda olan bir neçə min dolları kompüter avadanlıqlarının alınmasına, mobil danışıq və digər məsrəflərin ödənilməsinə xərcləndiyini aşkar edib. Qarətçilər həmçinin qeydiyyatda göstərilən poçt ünvanını da dəyişiblər.
Şərh: 0USA Today nəşrinin yazdığına görə, ABŞ hökuməti Pekində keçiriləcək Olimpiada zamanı, çin xakerləri tərəfindən gözlənilən hücum barəsində xəbərdarlıq ediblər. İlk növbədə Olimpiya Oyunlarını ziyarət etməyə hazırlaşan amerika biznesmenləri və məmurları ehtiyyatlı olmalıdırlar. Avqust ayında ABŞ prezidenti Corc Buş və digər hakimiyyət nümayəndələri daxil olmaqla Çinə minlərlə amerikalının gəlməsi gözlənilir.
Şərh: 0Sürətlə dəyişən dünyamızda ən sürətli dəyişən İT sektorudur. İT-də də ən öndə gələn İnternet sahəsidir. Azərbaycan İnternetinin günü nə qədər dünya miqyasında acınacaqlı olsa da, bəzən bizim İnternetdə də sevindirici xəbərlər olur.
Şərh: 0Biri varmış biri yoxmuş. .AZ domen adları satan bir şirkət varmış.. Nəyə görə məhz o satır o domenləri heç kim bilmirmiş.
Şərh: 018 yanvar 2008-ci il tarixindən Bakı ərazisində simsiz WiFi standartlı Internet xidmətləri göstərilir.
Şərh: 0Dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google artıq harada olursa olsun qibləni tapmaqda müsəlmanlara köməklik edəcək.
Şərh: 0AIF İnternetin keyfiyyətinin yaxşılaşdırılması və qiymətlərin endirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Təkliflər təqdim edib. Təkliflərdə 27 fevral tarixdə AİF tərəfindən İnternet ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən müzakirələrdə qeyd olunanlar da nəzərə alınıb.
Şərh: 0Facebooku qarışdıran şok məhkəmə ididası kimin qələbəsi ilə nəticələnəcək?
Şərh: 0