21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Bugün səhərdən etibarən əsasən dünya müsəlmanları Facebook səhifələrinə və digər sosial şəbəkələrdə İsraili qınayan şəkillər və statuslar yerləşdiriblər. İnsanlar profillərinə qara şəkil və ya anti-İsrail bayraqları qoyublar. Bəzi istifadəçilər isə Adolf Hitlerin İsrail xalqı haqda dediyi sözləri statuslarına yazıb. Bu reaksiyanın daha da şiddətlənəcəyi gözlənilir.
Şərh: 0
Bugünlərdə pakistanlı bir gənc "Facebook"dan qurtulmaq üçün sosial şəbəkənin alternativini yaradıb. Keçən həftə açılan saytın hazırda 83 min istifadəçisi var. Bu cür maraq sayt adminstrasiyasını təəcübləndirib. Saytın adı isə millatfacebook (www.millatfacebook.com) yəni halal "facebook" adlanır.
Şərh: 0
Hər dəfə bu fikir ağlıma gəlirdi yazım, amma nədənsə tənbəllik edirdim yazmağa. Bu səfər qərara gəldim. Deməli, saat 02:36 Bakı vaxtı ilə. İnternetdə surf and fun edirdim. Rastıma bəzi saytlar gəldi. Bu saytları açdım və baxdım. Düzünü deyim adlarını çəkmək istəmirəm, amma yazını oxuyan başa düşəcək. Fikir verdim ki, adminlər istifadəçiləri yığmaq üçün yəni reytinq əldə etmək üçün saytda bir neçə üsullara əl atır. Bunlar hansılardır?
Şərh: 0
Azərbaycan internetlə 1990-cı illərin sonlarında tanış olmağa başlayıb. 1996-97-ci illərdən sonra ilk internet media resursları yaranıb. Azərbaycan İnternet Forumunun məlumatına görə, hazırda ölkədə 100-yə yaxın internet media resursu fəaliyyət göstərir, amma onlardan təxminən 50-sinin fəaliyyətini internet media üçün qəbul olunan parametrlərə uyğun hesab etmək olar.
Şərh: 0
NOSDAQ birjasının bugünkü məlumatına görə Apple-nin hissələri Microsoftu keçib. Amerika Birləşmiş Ştatlarında texnologiya firmalarının hissələrini açıqlayan NOSDAQ birjasının verdiyi bu xəbər APPLE düşərgəsində böyük sevinclə qarşılanıb. Ümumilikdə, 227 milyard dollarlıq hissələrə sahib olan APPLE əzəli rəqibi Microsoftu 4 milyard dollar qabaqlayıb. NASDAQ-ın məlumatına görə, Microsoftun dəyəri 223 milyard dollardır.
Şərh: 0
Google dünya biznesində ən yaxşı reputasiyaya malik şirkət adlandırılıb. ABŞ-ın Reputation Institute təşkilatının mütəxəssisləri tərəfindən tanınmış Forbes jurnalı üçün dünyanın 32 ölkəsində aparılan sorğu zamanı respondentlərin 600 şirkətə qarşı münasibətləri öyrənilib.
Şərh: 0
HTC kompaniyasının yeniliyi olan personal cib kompyuteri HD2 artıq Bakı şəhərinin mağazalarında satılır. Telefon satışı üzrə ixtisaslaşmış mağazalar NLT və Telefon bu aparatı 1150 və 999 manata satır. Kompyuter satışı ilə məşğul olan Computex mağazalarında isə daha ucuz 699 manata almaq olar.
Şərh: 0
Rabitə və İnformasiya Texnologiyaları Nazirliydən verilən məlumata görə, 24 may 2010 tarixinədək Azərbaycanda 10min 036 .az ilə bitən domen adı qeydiyyatdan keçib. Xatırladaq ki, son dəfə 11 yanvar 2010-cu il tarixində domen adları ilə bağlı məlumat verilmişdi. O zaman Azərbaycanda 9 min 278 domen qeydiyyatdan keçmişdi.
Şərh: 0
1 İyun 2010-cu il tarixindən etibarən Aztelekom İstehsalat Birliyi genişzolaqlı internet xidmətlərinin tariflərinin 36% endirilməsini planlaşdırır.
Şərh: 0
Proqram vasitəsilə məktəbin müdiriyyəti, müəllimləri və digər valideynlər ilə interaktiv ünsiyyət saxlamaq, məktəbin fəaliyyəti ilə bağlı elanlar (valideyn iclasları, yığıncaqlar, iməciliklər) ilə tanış olmaq imkanı da vardır.
Şərh: 0