21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
OpenPeak şirkəti sensorlu çərçivə ilə telefon kombinəsindən təşkil edilmiş OpenFrame-in “atom” versiyasını nümayiş etdirdi. Artıq bu qurğu rəsmi olaraq təsdiq edildi. OpenFrame özündə rəqəmli çərçivə və İP-telefon funksiyasını birləşdirən maraqlı modeldir.
Şərh: 0
Mobil telefonlar həyatımıza getdikcə daha çox daxil olmağa başlayır. Yapon mühəndislərinin fikrincə, onu, bəzi funksiyalar əlavə etməklə, özümüzə daha da yaxın edə bilərik. Yəgin ki, avtomobil sahibləri telefonlarının həm də maşın açarı kimi istifadə olunmasını nə vaxtsa arzulayıblar. Artıq onların bu arzuları yaxın günlərdə həyata keçəcək. Lakin hələlik bu, yalnız Yaponiyada mümkün olacaq.
Şərh: 0
Apple şirkəti iPhone 3G telefonlarının qidalanma qurğularının böyük qismini geri yığmağa məcbur olub. Onlar elə elektrik şəbəkəsində olarkən sıradan çıxırlar. Apple bəyan edib ki, Apple USB ultrayığcam adapterlərinin metallik dişləri sınıb elektrik qovşağında qala bilər, bu da qısaqapanmaya və elektrik keçirməyə səbəb ola bilər.
Şərh: 0
Texnalogiya jurnalı olan “Stuff”ın hər il keçirdiyi ilin cihazı mükafatlarında, böyük oxucu kütləsinin səsini qazanan cib telefonu ilə müsiqi və videosu olan iPhone 3G “diqqət mərkəzində olan bir cib telefonunun daha sürətli, daha ağıllı versiyası” kimi nümayiş edildi.
Şərh: 0
The Wall Street Journal-ın yazdığına görə, Android platformasında olan ilk mobil telefon 199 dollara satılacaq. Onu 23 sentyabrda Tayvan korporasiyası NTS buraxacaq. ABŞ-da telefon, T-Mobile ilə müqavilə əsasında satılacaq.
Şərh: 0
Sony Ericsson şirkətinin qeyri-rəsmi bloqundakı məlumata görə, şəkilləri internetdə erkən yayılan W707 Alicia modeli satışa çıxmayacaq. Bunun səbəbi, onun xarici görünüş və xarakteristika baxımından W980i modelinə çox bənzəməsidir.
Şərh: 0
Apple və Softbank şirkətləri ilk iki ayda nəzərdə tutulanın cəmi 20%-i qədər iPhone 3G sata biliblər.Mütəxəssislərin sözlərinə görə iPhonelər yapon bazarı üçün lazımi qədər yaxşı hazırlanmayıb.
Şərh: 0
Kanada şirkəti olan Research In Motion (RİM) ilk qatlanıb açılan kommunikatorunu təqdim edib. Yeni model BlackBerry Pearl Flip 8220 adını alıb. Smartfon GSM/EDGE mobil şəbəkələrində istifadə olunmaq üçün nəzərdə tutulub. Telefonun sahibləri, Microsoft Word, Excel və PowerPoint fayllarının açılmasına kömək edən DataViz Documents to Go paketinin vasitəsilə korporativ xidmətlərə, elektron poçta və məktublaşma sisteminə daxil ola bilərlər. Digər smartfonlar kimi, Bluetooth, Wi-Fi-la da işləyir.
Şərh: 0
Analitik şirkət Gartner, dünya bazarında cari ilin ikinci rübü üzrə smartfon və kommunikatorların satışı hesabatını verdi. Bu müddət ərzində 32,2 milyon smartfon və kommunikator satılıb ki, bu da ötən ildən 15,7 % çoxdur. Bu da mobil telefonların ümumi gəlirinin 11 faizini təşkil edir.
Şərh: 0
Asus Windows Mobile sistemli yeni telefonunu təqdim edir. P552w markalı telefon GPS və Wi-Fi. Marvel 624Mhz CPU və 128MB RAM ile gücləndirilib. P552w HTC Touch Diamond modeline nisbətən böyük olsa da daha yüngüldür.
Şərh: 0