21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Nokia rəsmi olaraq yeni mobil telefon – Nokia N85 modelini təqdim etdi. Bu model 2,6 düymlük AM OLED displeyi ilə 16 mln. rəng əks etdirməyə və 5 meqapikselli kameraya malikdir. Oyunlara gəldikdə isə, telefonun N-Gage üçün xarakterik olan oyun düymələri və 10 standart demo-oyunu var ki, bunlardan birini istifadəçi pulsuz seçə bilər.
Şərh: 0
Nokia Smart Spacer Lab kompaniyası videokonfranslar aparmaq üçün ev telefon robotu Jeppe-nin prototipini yaradıb. Qurğu ağ rəngli gülümsəyən insan başı formasındadır. Nokia N810 internet-planşetin köməyi ilə, bluetooth-la idarə olunur. Bundan başqa, Jeppe-də Lego NXT robotunun bloku da işə salınıb.
Şərh: 0
Hindistanın Spise firması dəyəri 20 ABŞ dolları olan dünyanın ən ucuz telefonunu istehsal edib. Bu telefonun ekranı və digər funksiyaları yoxdur. Çünki istehsalçılar bunu lazım bilməyiblər. Kompaniya nümayəndələri bu telefonu “Sadəcə telefon” adlandırır və yaxın vaxtlarda telefon bazarına 10 milyon ədəd belə telefon “tullamaq” fikrindədir. Spise az bir zamanda dünyaya 10-20 dollar arası qiymətdə telefonlar “hədiyyə” etməyi planlaşdırır.
Şərh: 0
Nielsen Company-nin analitikləri Rusiyanı mobil internetdən istifadəyə görə Avropada üçüncü, dünyada isə dördüncü ölkə adlandırıblar. Onların araşdırmalarından belə məlum olub ki, Avropa və Amerikanın sakinləri telefonda internetdən poçtu oxumaq və xəbərləri izləmək üçün istifadə edirlərsə,
Şərh: 0
Bu ilin birinci yarısında Azərbaycanın telekommunikasiya və poçt müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 423,4 mln. manatlıq və ya əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 37,3% çox rabitə xidməti göstərilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, xidmətlərin 79,3%-i bilavasitə əhaliyə göstərilib. Əldə olunan gəlirlərin 71,3 %-i mobil telefon rabitəsindən yaranıb və 2007-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu xidmətlərin həcmi 42,2% çoxalıb.
Şərh: 0
Çində mobil rabitə abunəçilərinin sayı 601 milyon nəfər təşkil edib. Cəmi, ilin əvvəlindən bu ölkədə mobil rabitə abunəçilərinin sayı 53,5 milyon nəfər artıb. İyun ayında mobil şəbəkəyə 8,63 milyon abunəçi qoşulub.
Şərh: 0
Iyulun 11-də üçüncü nəsil mobil şəbəkələrdə işləyən Apple iPhone 3G mobil telefonlarının satışına başlanılıb. iPhone-un yeni modeli Apple rəhbəri Stiv Cobs tərəfindən iyunun 9-da təqdim edilib. Aparat şəbəkələrdə GSM/EDGE, UMTS/HSDPA standartlarının işini dəstəkləyir, həmçinin simsiz Wi-Fi (802.11b/g) və Bluetooth 2.0 şəbəkələrində işləyir. Özundən əvvəlki modeldən fərqli olaraq, iPhone 3G GPS peyk naviqasiya sisteminin inteqrasiya edilmiş qəbuledici ilə təchiz edilib. iPhone 3G-nin 8 qB yaddaşı olan modifikasiyasının dəyəri 199 dollar və 16 qB informasiya yerləşən versiyanın dəyəri 300 dollardır.
Şərh: 1
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən ölkədə Mobil nömrə portativliyi (MNP) xidmətinin tətbiqinə baxılır. RİTN-də qeyd edirlər ki, həmin xidmətin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı öz telefon nömrələrini saxlamaq imkanı əldə edirlər.
Şərh: 0
AzərTAc xəbər verir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi milli rabitə peykinin buraxılması üzrə “AzərSat” layihəsinin reallaşdırılması ilə bağlı işləri davam etdirir. Proqrama əsasən Azərbaycanın süni peykinin yaradılması 2010-cu ilin birinci yarısında həyata keçirilməlidir.
Şərh: 0
Əvvəllər axtardığımız insanı ya evdə, ya da işdə tapa bilərdik. Onu işlə evin arasında hansısa bir telefon köşkünün yanından keçərkən “yaxalamaq” isə təbii ki, qeyri-mümkün məsələdir. Bu günkü dövrümüzdə isə bizə lazım olan şəxslə birbaşa əlaqə imkanı yaradan mobil telefonların əhəmiyyəti ölçüyəgəlməzdir. Istənilən yerdə, istənilən məqamda, gecikmədən və təxirə salmadan insanlar bir-biri ilə əlaqə saxlayır, işlərini zaman itirmədən həll edirlər. Insan bir anlıq düşünməyə məcbur olur: “Mobil telefonsuz necə yaşamışıq?”.
Şərh: 0