21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndiFontu böyüt:
Yanvarın ilk günlərində IBM elan etdi ki, o, 2011-ci ildə bir-birinin ardınca 19-cu dəfə olaraq “IFI CLAIMS Patent Services” tərəfindən ən çox patent sayına görə ABŞ-da rekorda imza atıb. IBM-çilər öz şirkətinə il ərzində 6 180 patent qazandırıblar. 2011-ci ilin nəticələrinə əsasən patent sayına görə ABŞ-da lider şirkətlər bunlardır:
1. IBM — 6,180;
2. Samsung — 4,894;
3. Canon — 2,821;
4. Panasonic — 2,559;
5. Toshiba — 2,483;
6. Microsoft — 2,311;
7. Sony — 2,286;
8. Seiko Epson — 1,533;
9. Hon Hai — 1,514;
10. Hitachi — 1,465.
IBM-çilərin rekord sayda patent qazanmaları yeni innovasiyaların meydana gəlməsinə, həmçinin şirkətin məhsul və xidmətlərinə nəzərə çarpacaq dəyər əlavə etməyə imkan verir. Bunlara əsasən satış, bankçılıq, tibbi xidmət, nəqliyyat və digər aparıcı sahələrə verilmiş bəşəri töhvələr aiddir. Bu patentləşdirilmiş kəşflər həmçinin yeni nəslin inkişafı üçün və daha rahat həyat üçün əvəzsiz rol oynayır. Təqribi hesablamalara görə IBM tədqiqat və inkişafa 6 milyard yatırım edib və bu yatırımlar onun gəlirini əhəmiyyətli dərəcədə artırıb.
2011-ci ilin patentlərindən bəziləri:
1. Elektron ticarət təhlükəsizliyi domenlərində istifadəçi imtiyazlarının verilməsi. Bu kəşf “IBM WebSphere Commerce” istifadəçilərinə müxtəlif onlayn mağazalarda azad autentikasiya və avtorizasiya mexanizmləri yaratmaqla inzibati və resurslara çəkilən xərcləri azaltmağa imkan verir. Başqa sözlə bu kəşf administratorlara və alqı-satqı edənlərə individual onlayn mağazalara, eləcə də eyni şirkət tərəfindən idarə olunan müxtəlif onlayn mağazalara giriş verir.
2. Analitik prosedurların avtomatlaşdırılmış interpretasiyası üçün sistem və metodlar. Bu kəşf mütəxəssisər tərəfindən müəyyən edilmiş şablonların köməyi ilə analitik nəticələrin adi dillə izahatının dinamik qurulması metodunu təsvir edir.
3. Kortik simulyasiya üçün sistem və metod. Bu kəşf beyin qabığının funksiyasını və idrak sistemlərinin kompüterləşdirilmiş beyin simulyasiyasının inkişafı metodunu nəzərdə tutur. IBM insan beyninin qavrama, hərəkət və idrakını yamsılayacaq eksperimental kompüter çiplərinin prototiplərini hazırlayıb.
4. Analitik funksiyaların istifadəsi. Bu kəşf istifadəçilərə müxtəlifcinsli verilənlərin mənbələri üzərində mürəkkəb dərəcəli kütləvi analizlər etməyə imkan verir.


Rəşad Mehbaliyev
IBM Macarıstan, Budapeşt