Firefoxdan Nokiaya...

07-07-2010 / 00:21

Mozilla internet axtarış sistemləri sahəsində yenilikləri davam etdirir.

İndiki vaxtda və gələcəkdə mobil internet axtarış sistemlərin əhəmiyyətinin artacağı danılmaz bir gerçəkdir. İki aydır davam edən beta testindən sonra Mozilla Nokianın yeni əməliyyat sistemi Maemo üçün yeni mobil axtarış sistemini istifadəçilərə təqdim etdi.

 

Oxşar internet axtarış sistemlərinə görə çox fərql olmasa da,  nəzərə çarpan yenilikləri də yox deyil. Portret gəzintisi, əlavələri  avtomatik aktivləşdirmə sadalanan yeni xüsusiyyətlərdən yalnız bir neçəsidir.

 

Əsas diqqət çəkən yeniliksə bu yeni internet axtarış sisteminin veb səhifələri PDF formatına çevirə bilməsidir. Nokia N900 ya da N810 sahibləri Maemo üçün yeni Firefox ilə tanış ola bilərlər. 

 

 

ELMAR VƏLİYEV

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə