Bakı Metropolitenindəki müşahidə kameralarının sayı artırılır

16-11-2010 / 16:55

Stansiyalarda qurulan kameraların sayı artırılmaqla yanaşı, mövcud sistemin yeniləşdirilməsi həyata keçirilir.Bu barədə APA-ya Metropolitendən məlumat verilib. Həmçinin metro vaqonlarında kameraların qurulması və buradan görüntülərin real vaxt rejimində mərkəzə ötürülməsi istiqamətində işlərə başlanıb. İşlər Türkiyənin «Ekin» şirkəti tərəfindən icra olunur.

Metropolitenin müşahidə sistemi Bakı şəhərində iki il əvvəl qurulmuş Şəhər İzləmə – Nəzarət Mərkəzinə inteqrasiya olunacaq.

Qeyd edək ki, «Ekin» şirkəti Bakı Şəhər İzləmə-Nəzarət Mərkəzinin qurulmasını həyata keçirib. Bu sistem ilk mərhələdə şəhərin müxtəlif küçələrinə qurulub, 360 dərəcə dönə bilmə, hər bir hava şəraitində avtomobil nömrələrini oxuya bilmə imkanına malik 300 hərəkətli və 1000 hərəkətsiz kameradan ibarət olub. Hazırda həmin kameraların sayı artırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə