Microsoft "Proqramçılar Günü" keçirir

14-12-2014 / 11:47

Dekabrın 17-də Microsoft şirkəti tələbələr, mühəndislər və gənc mütəxəssislər üçün qlobal İKT tədbiri - "Proqramçılar Günü" keçirəcək.

Xeberler.az bildirir ki, "Proqramçılar Günü - 2014" tədbirinin əsas mövzusu bulud mühitidir. Tədbirdə bulud proqramlaşdırması və idarəetməsi, masaüstü və mobil tədbiqlərin yaradılması, peşəkar inkişaf və sertifikatlaşdırma (Microsoft Certified Solutions Developer) istiqamətləri əhatə olunacaq.

Park İNN otelində reallaşacaqt tədbirin işçi dili Azərbaycan dilidir. Qeydiyyat pulsuzdur. 

Tədbirin gündəliyi: 
14:30 - 15:00 - Qeydiyyat 
15:00 - 15:30 - Peşəkar inkişaf və sertifikasiya 
15:30 - 16:30 - Masaüstü və mobil tədbiqlərin yaradılması 
16:30 - 16:50 - Qəhvə süfrəsi 
16:50 - 18:00 - Bulud proqramlaşdırması və idarəetməsi 

Qeydiyyatdan bu linkin köməyi ilə keçmək olar:
https://msevents.microsoft.com/cui/EventDetail.aspx?culture=en-US&EventID=1032609416&IO=YBqGzQQUEfp%2B%2BkCSoXW5%2BA%3D%3D


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə