Qəzalar planşetlərlə tənzimlənəcək

29-12-2014 / 12:41

Ukraynada avtomobil qəzaları nəticəsində dəyən zərər ilk dəfə plaraq planşetlər vasitəsilə hesablanacaq.

Xəbərlər-in verdiyi məlumata görə, Ukraynanın UNİKA sığorta şirkəti Audateks Ukrayna ilə  birlikdə planşetlər üçün sığorta zərərliliyini hesablayan Audamobile mobil tətbiqini təqdim edib. Dekabr ayından istifadəyə verilən bu tətbiq hələlik iOS əməliyyat sistemində işləyəcək.

Sözügedən texnologiya sığorta hadisələrinin tənzimlənməsini asanlaşdırmağa, həmçinin müştəri xidmətlərinin keyfiyyətini yüksəltməyə kömək edəcək. Bu yenilik sayəsində qəza komissarı sığortalanmış avtomobildən uzaqlaşmadan, müştəriyə uyğun yerdə sığorta hadisəsini tənzimləməyə biləcək.

Yeni proqram UNİKA şirkətinin əməkdaşlarına zərər çəkmiş nəqliyyat vasitəsinin fotolarını çəkməyə, elektron protokol, həmçinin ödəniş üçün ərizəni tərtib etməyə, lazımi sənədlərinin fotosurətini çıxarmağa və zərərin məbləğini təyin etməyə imkan verəcək. Başqa sözlə, qəzadan sonra müştərinin sığorta şirkətinə gedib müraciət ərizəsi yazmasına və digər sənədləşdirmə işlərinə ehtiyac qalmayacaq.

Belə ki, müştəri avtomobilə baxış həyata keçirildiyini planşetin ekranına imza ataraq təsdiqləyə biləcək. Bununla da, sığorta hadisəsinin tənzimlənmə müddəti 40-60 dəqiqədən hadisənin mürəkkəbliyindən və zərərin miqyasından asılı olaraq 15-20 dəqiqəyə qədər azalacaq. UNİKA sığorta şirkətinin rəhbərliyi bu yeniliyin sığorta azarı üçün böyük əhəmiyyət daşıdığını qeyd edir.

"Fəxr etmək üçün səbəblərimiz var: Şirkətimiz Ukrayna sığorta bazarında ilk dəfə belə bir mobil tətbiq hazırlayıb. Bu da, müştərilərimizə göstərdiyimiz xidmətlərin keyfiyyətini xeyli artıracaq. İndi biz Mərkəzi və Şərqi Avropanın digər ölkələri ilə şirkətimizin bu sahədə təcrübəsini bölüşməkdən məmnunluq hissi duyuruq”-deyə UNİKA sığorta şirkətinin idarə heyətiniz sədr müavini Yelena Markova deyib.

 

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə