WhatsApp-a yeni rəqib gəldi

02-01-2015 / 14:43

Dünyada məşhur olan messenger proqramı WhatsApp artıq öz yerini Snapcat messengerinə verməyə hazırlaşır.

Xeberler.az xarici mətbuata istinadən xəbər verir ki, Snapcat şəkil və video çəkib üzərinə sözlər yazaraq dostlarınızla paylaşa bildiyiniz messenger proqramıdır.

Snapcat tətbiqetməsnin özəlliyi  ondan ibarətdir ki, messenger vasitəsilə göndərilən şəkil və videolar müəyyən edilmiş vaxtdan sonra (1 və 10 saniyə içərisində) itir və həmin faylları geri qaytarmaq mümkün olmur. Həmin vaxtı isə messenger istifadəçisi özü müəyyən edir.

Snapcat messengeri vasitəsilə göndərilən fotoların screenshoot etmək mümkün olsa da, qarşı tərəfə həmin screenshootla bağlı dərhal bildiriş göndərilir.

Hazırda Whatsapp messenger proqramı da buna bənzər bir tətbiqetmə işləri görməyə başlayıb.

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə