“Onlayn etika – netiket” proqramı çərçivəsində seminarlar keçirilib

06-01-2015 / 10:23

 Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi Bakıda ölkənin müxtəlif bölgələrindən gəlmiş 40-dək müəllim üçün seminar təşkil edib. “Onlayn etika – netiket” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda təşkil edilmiş seminarda “Virtual aləmdə etik normaların gözlənilməsi” mövzusunda müzakirələr aparılıb.

CASCFEN sədri Azər Həsrət əsas mövzu ətrafında çıxış edərək iştirakçılara virtual müstəvidə davranışın “10 qızıl qaydası” haqqında danışıb. Çıxışçı qeyd edib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli bir şəkildə insanların həyatına daxil olması bu müstəvidə davranış qaydalarının da təbliğinə zərurət yaradıb.

CASCFEN sədri onu da qeyd edib ki, təhsil sahəsində İKT-nin sürətli tətbiqində əldə edilməkdə olan uğurlar həm də bu sahənin insanları arasında geniş maarifləndirmə işi aparmağı zəruri edir: “Bəzən görürük ki, müəllimlər, şagirdlər arasında elə insanlar olur ki, onlar özləri də bilmədən onlayn etika çərçivəsini aşırlar. Müəllif hüquqları pozulur, nəzakətsizliyə yol verilir, müzakirə və mübahisələr zamanı kobudluq edilir. Ümumilikdə insanların əhvalına mənfi təsir edən hallara yol verilir. Halbuki uyğun maarifləndirmə işi aparılsa, bu hallar baş verməz”.
Tədbir iştirakçılarına CASCFEN-in Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsilə çap etdirdiyi “Virtual aləmdə etik normaların gözlənilməsi” adlı kitabça da paylanıb.

Sonda iştirakçılara CASCFEN-in sertifikatı təqdim edilib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə