Playstation Now yaxın zamanlarda istifadəyə veriləcək!

09-01-2015 / 10:45

Sony-nin oyun streaming servisi olan Playstation Now üçün xidmət tarixi və ödənişi açıqlanıb.

Verilən məlumata görə, yüzdən çox Playstation 3 oyununu Playstation 4 ilə online olaraq Streaming texnologiyasıyla oynaya biləcəksiniz. Playstation Now xidmətinin Şimali Amerikada 13 yanvar  tarixində istifadəyə veriləcəyi də bildirilib.

Aralarında Uncharted: Drake s Fortune, Batman: Arkham City, The Last of Us və God of War: Ascension kimi klassikləşmiş oyunların da olduğu onlarla oyunu internetdən yükləməyə ehtiyac qalmadan PS4 oyun konsolları ilə oynamaq mümkün olacaq.

Xidmətin aylıq ödənişi isə 19.99 dollar olaraq müəyyən edilib. Hələlik yalnız Şimali Amerikada istifadəyə veriləcək xidmət sonradan bütün bölgələrə də təqdim  olunacaq. Həmçinin, xidmətə üç aylıq üzv olunduğu zaman 44.99 dollar ödəyərək kiçik bir endirimdən yararlanmaq mümkündür.  

                                                                                                                                                                                                                     Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə