Evdə hazırlanmış kompüterdə oyun oynamaq imkanı

10-01-2015 / 19:00

Əgər texnologiyanın daha da geniş inkişafı haqqında bir fikriniz yoxdursa, bu maraqlı miniatür kompüter layihəsi sizə bir fikir verə bilər.

Edidoom adını daşıyan bu kiçik kompüter öz evinizdə edə biləcəyiniz və üzərində DOOM kimi əfsanə oyunları oynaya biləcəyiniz bir kompüterdir. Bu kompüter İntelin Intel Edison adını daşıyan System On Chip (SOC) yəni vahid sistem çipini istifadə edir. Bu çip üzərində 500 MHZ cüt nüvəli prosessor, 1 GB RAM və 4 GB yaddaş diski yer alır. Bu əməliyyat gücü DOOM tərzli köhnə oyunları oynatmaq üçün kifayət qədər normaldır. Intel Edisonun sahib olmadığı şey isə bir ekran, dinamik və nəzarət cihazıdır. Edidoom layihəsi Edison çipiylə bu əlavə təchizatları birləşdirir və qarşınıza öz imkanlarınızla yarada biləcəyiniz bir kiçik kompüter çıxır.

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə