Apple Watch bu tarixdə gəlir!

12-01-2015 / 10:32

Pərəstişkarlarının maraqla gözlədiyi Apple Watch saatının mart ayı ərzində satışda olacağı bildirilib. Apple Watch-un proqramı, batareya ömrü və adapter tutumu üzərində çalışan şirkətin məqsədi saatı bir an əvvəl tam hazır edib söylənilən tarixə kimi çatdırmaqdır. Mart ayında işlər Apple-ın istədiyi kimi getməzsə, məhsul sonrakı aylarda da bazara çıxa bilər.

3 fərqli korpus vəsaiti (polad, alüminium, 18K qızıl) və iki ölçüdə (38mm, 42mm) olacaq Apple Watch dəri, plastik və hörgü metal kimi bir çox variantları da təqdim edir. Əməliyyat sistemi Watch OS, DigitalCrown və toxunma xaricində basmağa da həssas ekran kimi fərqli interfeyslərlə nəzarət edilməsi diqqət çəkir.

İstifadəçilər arasında kommunikasiya yollarının inkişafını təmin edən saat ilə iki istifadəçi bir-birinə müxtəlif çəkib göndərə bilər, ürək atışlarını paylaşa, ya da "tık" şəklində titrəmələr göndərə bilərlər. 

Sevil Rəsulzadə

 

                                                                                       


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə