Facebook xəbər lentində itmiş uşaqlar haqda məlumat yerləşdirəcək

14-01-2015 / 14:26

Facebook sosial şəbəkəsi ABŞ istifadəçilərinə itkin düşmüş uşaqlar haqda məlumatları göstərməyə qərar verib. Məlumat Facebook-un korporativ bloqunda yayılıb.

Bizimyol.info Lenta.ru-ya istinadla bildirir ki, Facebook bu təşəbbüsə itmiş və ya zorakılığa məruz qalmış uşaqların taleyi ilə məşğul olan National Center for Missing and Exploited Children təşkilatı ilə birgə əl atıb.

Polis hər hansı uşağın itdiyi qərarını qəbul edərsə, məlumat AMBER Alert xəbərdarlıq sisteminə, oradan isə Facebook-a ötürüləcək. Sosial şəbəkə də bu xəbəri uşağın axtarışı aparıldığı yerlərdə yaşayan istifadəçilərin lentində göstərəcək.

AMBER Alert ABŞ və Kanadada fəaliyyət göstərən xəbərdarlıq sistemidir. Hər hansı uşaq itdikdə, bu sistem məlumatı radio, televiziya, SMS, elektron ünvan, elektron tablo vasitəsilə yayır. Facebook-un məlumatında bildirilir ki, AMBER Alert sisteminin köməyi ilə 1996-cı ildən bu yana 728 itkin düşmüş uşaq tapılıb. 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə