İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı: 1

4G mobil texnologiyası niyə ləngiyir?

15.11.2014 [09:35]

Fontu böyüt:      

4G mobil texnologiyası 3G mobil texnologiyasının 2 əsas problemini aradan qaldırdı: sürət və şəbəkə tıxanmasını.

4G mobil texnologiyası 3G mobil texnologiyasının  2 əsas problemini aradan qaldırdı: sürət və şəbəkə tıxanmasını.

4G dünyaya yayıldı, Azərbaycanda isə proses gecikir. Ölkənin 3 operatoru nədənsə bu yeniliyi təqdim etməyə tələsmir. Səbəbini araşdırmağa çalışdıq.

G texnologiyası

G texnologiyasının tarixinə nəzər salaq. 1-ci nəsil (1G) Qabaqcıl Mobil Telefon Xidmətinin  tətbiqi ötən əsrin 80-ci illərində başlayıb.Analoq telekommunikasiya sistemidir. Ondan öncə hətta 0G də olub.

Növbəti nəsil (2G) 1990-cı illərdə yaranıb. GSM, CDMA şəbəkəsidir. Artıq SMS funksiyası yaranıb, zəng analoq sistemindən rəqəmliyə keçib. Daha sonra 2.5G və 2.75G də yaranıb.

Hazırda 3G və 4G-dən istifadə edilir.

Beynəlxalq Telekommunikasiya İttifaqının müəyyən etdiyi 3G texnologiyası istifadəçiyə daha geniş imkanlar təklif etdi.3G genişzolaqlı sürətli internet, elektron ünvanı yoxlamaq, veb səhifələri asanlıqla açmaq imkanı verdi. 3G 2 bir-birini tamamlayan texnologiyanı - HSDPA və HSUPA (yüksək sürətli yüklə və yükləmə paketini) özündə birləşdirir. 3G mobil telefonda kino və TV verilişləri izləməyi təklif edir. 3G internetinin sürəti ən tələbkar istifadəçini də razı salır.

3G Azərbaycanda 

Azərbaycana 3G 2000-ci illərdən gəlib. İlk lisenziya Azərfon mobil operatoruna verilib.

Azərfon-un Korporativ kommunikasiya bölməsinin rəhbəri Nigar Arpadarai 3G xidmətinin 2010-cu ildən tətbiq edildiyini bildirib: “Ölkənin əksər hissəsi 3G stansiyaları ilə təmin edilib”. 

Bakcell şirkətinin Korporativ kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova operatorun 2011-ci il noyabrın 23-də prezident İlham Əliyevin iştirakı ilə keçirilən “BakuTel” sərgisində 3G xidmətini təqdim etdiyini deyib: “3G lisenziyanın verilmə qərarı Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin noyabrın 2-də keçirilmiş iclasında qəbul edilib. Noyabrın 3-də Bakcell 3G xidmətini ölkənin 62 şəhərində və 3G-ni dəstəkləyən rouminq tərəfdaşlarının şəbəkələrində tətbiq edilməsinin sınaq mərhələsinə start verib. Hazırda 2000-dən artıq 3G stansiyası vasitəsilə xidmət əhalinin 82, ölkə ərazisinin isə 55 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur”.

Azercell şirkətinin Korporativ kommunikasiya bölməsinin nümayəndəsi Xatirə Tağıyeva 3G lisenziyasının 2011-ci il noyabrın 2-də alındığını bildirib: “Noyabrın 18-dən Azercell 3G xidmətini göstərməyə başladı. Dünyada ilk olaraq 4G xidmətini təqdim etmiş TeliaSonera şirkətlər qrupuna daxil olan Azercell çoxdan 3G-yə hazır idi. Hazırda 3G saytların sayı 1740-dan artıqdır. 3G istifadəyə verildikdən sonra,  trafik demək olar ki, 5 dəfə artıb”. 

4G mobil texnologiyası

Tədricən 3G sıradan çıxır, onu 4G - 4-cü nəsil kabelsiz telefon texnologiyası sıxışdırır. 2009-cu ildə "Verizon Vireless" şirkəti 4G-ni sınaqdan keçirib. Azərbaycanda 4G-nin gecikməsini birbaşa “Evlərə optik” layihəsi ilə bağlayan da az deyil. Yəni ölkənin hər yerinə optik internetin veriləcəyi 4G-ni əngəlləyir, operatorlar gözləmə mövqeyində dayanıb əlavə vəsait yatırmaq istəmirlər.

Nigar Arpadarai şirkətin Bakıda 4G-ni tətbiq etməyə tam hazır olduğunu deyir: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bu xidmətin göstərilməsi tarixi üzərində işləyirik”.

Süheyla Cəfərova “BakuTel” sərgisində 4G-nin artıq göstərildiyini qeyd edib: “Şəbəkəmiz LTE xidmətini təqdim etməyə hazırdır, amma ölkədə 4G-ni dəstəkləyən mobil cihaz azdır. Biz tələbata uyğun 4G-ni istifadəyə verməyi düşünürük. “Evlərə optik” layihəsi və 4G abunəçilərin ehtiyaclarına əsasən verilir. İnkişaf etmiş ölkələrdə bunun hər ikisi var və onların istifadəsi bir-birindən asılı deyil”.  

Xatirə Tağıyeva Azercell-in 2013-cü il dekabrın 2-dən 4G-ni abunəçilərə təqdim etdiyini  bildirib: “Hazırda 4G şəbəkəsi Bakı və Abşeronun böyük hissəsini əhatə edir. Baza stansiyalarının sayı 262-dir.  4G  Hotel Excelsior, Tofiq Bəhramov adına stadion, Azərbaycan Dövlət Akademiyası, Park Bulvar (“Parking” ərazi istisnadır) və çox ictimai yerləri əhatə edir. Azercell artiq 4G-ni istifadəyə verib. Bu xidmətin “Evlərə optik” layihəsi ilə əlaqəsi yoxdur”.

Park Bulvar Mərkəzinin mətbuat xidmətinin nümayəndəsi Elçin Babayev mərkəzdə 8 ay öncə 4G-nin quraşdırıldığını bildirib: “Mütəmadı nəzarət olunur, müştəridən şikayət yoxdur”.  

4G mobil texnologiyası niyə ləngiyir?

4G-ni 3 mobil operatordan biri quraşdırıb, o da Bakı və Abşeronda. “4G mobil texnologiyası niyə ləngiyir” sualını ekspertlərə yönəltdik. İlk addımlar layihəsinin rəhbəri Rəşad Əliyev qeyd edir ki, ləngimənin səbəbi avadanlığın quraşdırılması ilə bağlı ola bilər, çünki texniki xərclər çoxdur.

İKT eksperti Ayaz Quliyevin fikrincə, mobil texnologiyanın tətbiqi üçün onu dəstəkləyən cihaz olmalıdır: “Mobil operatorlar sabah 5G lisenziyasını əldə edər, bu standartda böyük əhatəli şəbəkə sistemini də qurarlar. Amma xidmətdən abunəçi yararlanır, onunsa cihazı bunu dəstəkləmir, deməli ləngimə təbiidir. 4G ilə də vəziyyət eynidir. Çox az abunəçidə 4G-ni dəstəkləyən cihaz var. Həm də Azercell-in 4G şəbəkəsinin əhatə dairəsi çox kiçikdir, Bakını belə tam görmür. Prosesi sürətləndirmək də olar: əhatə dairəsini genişləndirmək və kiçik USB 4G cihazlarla birlikdə sərfəli internet paketi təqdim etməklə”.

“4G mobil texnologiyasının 3G-dən fərqi nədir” sualı ilə keçirilən sorğu əhalinin məlumatsızlığını aşkara çıxarıb. Tələbə Amal Ata “Bilmirəm, xəbərim yoxdur”, Sevinc Babayeva “Nəsə internetlə bağlı bir şeydir, dəqiq bilmirəm” , jurnalist Ruhanə Paşazadə “internet paketidir deyəsən, bu haqda çox məlumatim yoxdur”, tarixçi Elnurə Seyidova “Azərbaycanda onların heç bir fərqi yoxdur” fikirlərini bildiriblər.  

Dünya artıq 5G-yə hazırlaşır

Dünya artıq 5G-yə hazırlaşır. Operatorlar 5G barədə nə düşünür ?

Bakcell-in nümayəndəsi 5G haqda danışmağın tez olduğunu qeyd edib: “4G tətbiq olunmağa başlayanda 5G üçün hazırlığa başlayacağıq. Lakin 5G-ni dəstəkləyən mobil cihazlar bazarda 2-3 ildən sonra ola bilər.  5G əslində 4G-nin daha inkişaf etmiş formasıdır. “Bakutel” sərgisində 5G ilə bağlı bəzi xidmətləri nümayiş etdirəcəyik”.

Azercell-in əməkdaşı şirkətin innovativ texnologiyalara üstünlük verdiyini bildirib: “Yaxın gələcəkdə Azercell ölkənin regionlarında da 4G şəbəkəsinin qurulması üzərində çalışacaq. 5G-nin tətbiqi isə gələcəkdə mümkün ola bilər”.

Azerfon 5G barədə susmağa üstünlük verib.

Günel Azadə

gunazade93 (a) gmail. com 

Yazı Multimedia Mərkəzinin təşkil etdiyi  “Onlayn Media” müsabiqəsinə təqdim ediləcək.
Oxunub: 1 dəfə
    DİGƏR

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Osman Gündüz

Nə üçün 350 milyon manat RYTN-ə verilmədi?

Nə üçün 350 milyon manat RYTN-ə verilmədi?
Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Bütün yazarlar