21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Əvvəla onu qeyd etmək istərdim ki, Windows 7 Vista əməliyyat sisteminə nisbətən kompüterin daha çox resursunu sərf edir. Vista əməliyyat sistemi istifadəçiləri yəqin bilir ki, bu proqram kompüteri daha çox “yorduğundan” biz tez-yez “restart”- yenidən yükləmək məcburiyyətində qalırıq. Microsoft şirkəti də Vista – nın populyarlıq qazanmadığını görərək Windows-u yeniləmək qərarına gəldi.
Bəs görəsən yeni çıxacaq olan Windows 7 ilə Vistanın fərqi nədə olacaq?
İlkin tanışlıq onu deməyə əsas verir ki , Windows 7 Vistaya nisbətən kompüteri daha az “yoracaq”. Digər bir problem isə Vista-da bəzi proqramların açılmaması ilə bağlı idi. Microsoft bunu 3D proqramların mürəkkəbliyi ilə izah edirdi. Lakin proqramlar açıldığı zaman belə problemlər bitmirdi və müxtəlif yalnışlıqlar nəticəsində bu Əməliyyat Sisteminin ən azı 2011-ci ilə qədər istifadə olunacağı gözlənilirdi.
Windows 7 sistemi Vista-ya nisbətən təqribən 1,8 dəfə az resurs yeyir və Vista-dan ən üstün cəhəti XP proqramlarını tam vəziyyətdə açılmasıdır. Vizual cəhətdən də Windows 7 istifadəçiləri daha çox məmnun edəcək. Hal-hazırda Beta versiyasında olan Windows 7-nin yaxın zamanda SP versiyasının çıxacağı gözlənilir.
Qeyd edim ki, hal-hazırda, Windows 7-nin təkmilləşdirilməsi yönündə işlər davam etdirilir və bu işlərin 2009-cu ilin dekabr ayına qədər yekunlaşacağı gözlənilir.
Axundov Bəhram/xeberler.az