21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Hər dəfə bu fikir ağlıma gəlirdi yazım, amma nədənsə tənbəllik edirdim yazmağa. Bu səfər qərara gəldim. Deməli, saat 02:36 Bakı vaxtı ilə. İnternetdə surf and fun edirdim. Rastıma bəzi saytlar gəldi. Bu saytları açdım və baxdım. Düzünü deyim adlarını çəkmək istəmirəm, amma yazını oxuyan başa düşəcək. Fikir verdim ki, adminlər istifadəçiləri yığmaq üçün yəni reytinq əldə etmək üçün saytda bir neçə üsullara əl atır. Bunlar hansılardır?
1. Hansısa məşhur müğənillərin mahnılarını alaraq saytlarına vermək.
2. Tez-tez xeyriyyə eləmək və ya Party vermək.
3. Saytda dırnaq arası 500 və ya 1000 AZN uduşa qoymaq.
4. Statulsar satmaq..
5. Digər saytlardan mahnı oğurlayıb exclusive adı ilə yerləşdirmək..
5. Erotik və pornoqrafik şəkilləri ana səhifəyə qoymaq və s..
Düzünü desəm bu siyahını uzada bilərəm. Amma mənə marağlı gələn budur ki, bu qədər əyləncə saytlarını və ya farik demişkən pop-saytları nə edirik? Hər yerinden duran tıxzıxfılankəs .az domainləri alır. Sonra da sayt açaraq tanıdırlar. Domaini almaq bir qırağa bəs niyə içində həmişə DLE (Data Life Engine) qurulur? Bunun da cavabıyla maraqlandım və nəticə aldım =) Sizcə nədir cavabı? Desəm inanmarsınız! Çünki AzNET-dəki gənclər artıq Data Life Engine-yə öyrəşib. Hamısı standart üsulla xəbər göndərmə, status vermə, şərh yazma və sair misal çəkmək olar. Bəs bu əyləncə saytlarının gənclərə təsiri varmı?
Açıq danışacam!!!
6 illik AzNET təçrübəmə əsasən belə fikirləri deyəcəm. Bilmirəm neçə qarşılanacaq, amma öz şəxsi fikirlərimdir.
Əyləncə saytları bizim gənc nəsildə, az yaşlıların tərbiyəsinə təsir göstrərir. Niyə? Saytlarda intim barədə yazmaq, Net-də söyüşüb real həyatda davalar və s. Belə hallar az da olmayıb!!!
Elə mənim təhsil aldığım universitedə belə halın şahidi oldum. Mən artıq ikinci təhsilimi alıram və indiyə kimi də belə şey görməmişdim. Eyni yerdə təhsil alan iki gənc internet aləmində söyüşüb və real heyatda «bıçaqlaşma» ilə bitib. Və ya internetdə tanış olduğu oğlana görə intihar edib. Bəs nəyə görə belə hallar baş verməməsi üçün bəzi «saytları» müəyyən limitə qədər icazə vermirlər? Kim istəyirsə özünə xxxx_saytlar.az domaini qeydiyyatdan keçirdir və alıb nə istəsə qurur.
AZƏRBAYCANDA SAYTLARIN FİLTİRASİYASI OLACAQMI? OLACAQSA BU NƏ ZAMAN OLACAQ?
Əyləncə saytları limitnən və ya müəyyən normativ verdikdən sonra fəaliyyət göstərsə olmazmı?
Bəzi provayder saytlarını açanda qarşımıza ilk olaraq rusca yox, Azərbaycan dilində çıxacaqmı? (həmçinin də bəzi rəsmi və qeyri-hökümət təşkilatları.)
Bizdə irəlləyiş olacaqmı?
Sonda..
Düşünürəm, bu mövzunu əksər sayt adminləri oxuyacaq..Və ümid edirəm ki, hansısa nəticəyə gələcəklər..Çünki onu unutmasınlar ki hər sayt gənclərə xidmət edir və hər bir xəbəri, mövzunu formalaşmaqda olan gənclər də oxuyur..Odur ki, işinizdə diqqətli olun..
Bəhram Axundov