21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
   Noyabrın 1-dən Azərbaycanda internet qiymətlərinin orta hesabla 50 faiz ucuzlaşması bazara təsir etməyib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, aparılan monitorinq nəticəsində qiymətlərin cüzi azaldığı məlum olub. Onun sözlərinə görə, indi ölkədə internetin qiyməti o qədər yüksəkdir ki, hətta qiymətlərin iki dəfə azaldılması da kifayət etmir: “Biz bu yaxınlarda Türkiyə, Rusiya, Qazaxıstanda olan qiymətləri müqayisə elədik. Təsəvvür edin bizdəki qiymətlərlə oradakı qiymətlər arasında gərq 20 dəfədir. Türkiyədə 1 meqabit məhdudiyyətsiz internet kanalı 10 dollar, Rusiyada 20 dollardır. Azərbaycanda isə bu qiymət 350-500 dollardır”. 
  Osman Gündüz deyir ki, bahalığın əsas səbəbi 2 dövlət provayderinin internetə çıxış üçün yüksək tarif tətbiq etməsidir. Ekspert hesab edir ki, hökumət özəl provayderlərin dövlət provayderlərindən asılılığını ləğv etməli, ya da xərcləri aşağı salmaq üçün dövlət provayderlərinə yardım etməlidir.
"Aztelekom" və "Bakinternet" dövlət provayderlərinin mütəxəssisləri isə ANS-ə bildirib ki, xərclər çox olduğundan internetə qoşulma qiymətlərini kəskin azaltmaq mümkün deyil. Qiymətlərin kəskin azaldılması bu provayderlər üçün maliyyə problemi yarada bilər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində şöbə müdiri olan Rüfət Gülməmmədov isə bildirir ki, internetin qiymətinin tənzimlənməsi ilə bağlı vaxtaşırı monitorinqlər aparılır: "Bu, internet qiymətinin təkamül prosesdir. Kəskin azalmanı gözləmək sadəlövhlükdür. Bunu bazar tənzimləyir. Provayderlər 35-dən çoxdur ”.
  Buna baxmayaraq, nazirlik internet qiymətlərinin endirilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək. Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov son 5 ildə internet tariflərinin 7 dəfə aşağı düşdüyünü, əhalinin 20 faizə yaxınının internetdən istifadə etdiyini bildirib.
xeberler.az/Ellada