21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Hackerlər 300 milyon istifadəçisi olan Facebook-u hədəfə alıblar. Son günlərdə bir çox internet istifadəçisi Facebook-dan gələn və sayt üzərində istifadə etdikləri şifrəni dəyişdirmələri ilə əlaqədar e-poçt almağa başlayıblar. Lakin Facebook-dan gəlmiş kimi görünən bu e-poçt əslində virus yayır.
“Bredolab Truva Atı” adı verilən bu virus, hackerlərin göndərdikləri saxta e-poçtun əlavəsində bir .ZIP və ya .EXE faylı kimi gəlir. “Facebook_Password_2rd17.zip” və ya “Facebook_Password_2rd17.exe” kimi adlanan virus faylının son hissəsindəki 22rd17” qisimi, təsadüfi yaradılır və hər alıcı da dəyişiklik göstərə bilir.
Əgər istifadəçi faylı endirsə, Bredolap istifadəçi kompüterdə bir log faylı və “isqsys32.exe” adlı bir tətbiq yerləşdirir və virus dərhal işə başlayır. Bir neçə saniyə ərzində istifadəçinin kompüterini bir bota çevirən virus, eyni saxta e-poçtu yeni bulaşdığı kompüter üzərindən göndərməyə başlayır.
Facebook ailəsi virusun saytdan deyil, e-poçtdan göndərildiyi üçün heç bir şey edə bilmir. Facebook səlahiyyətliləri Facebook istifadəçisinin mütləq Facebook-un təhlükəsizlik səhifəsini ziyarət etməsini lazım bilirlər.