21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
AzərTacdan verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Elektron elm” (E-elm) proqramı layihəsinə konseptual yanaşmaların, onun formalaşdırılması və reallaşdırılması məsələlərinin müzakirəsinə həsr olunmuş seminar keçirilib.
Respublika elmi tədqiqatların təşkili və əlaqələndirilməsi şurasının nəzdində yaradılmış kibernetika, informasiya texnologiyaları və texnika üzrə problem şurasının sədri, “E-elm” proqramı layihəsinin elmi məsləhətçisi, akademik İsmayıl İbrahimov və layihənin işlənməsi üçün institutun əməkdaşlarından təşkil olunmuş işçi qrupunun iştirakı ilə keçirilən tədbirdə proqramın ilkin variantı nəzərdən keçirilib, müvafiq təklif və tövsiyələr verilib.
Akademik İsmayıl İbrahimov “Elektron elm” konsepsiyasının yaradılmasının siyasi-ideoloji, elmi və iqtisadi əhəmiyyətindən danışaraq konsepsiyadan irəli gələn vəzifələr və onların həyata keçirilməsi ilə bağlı fikirlərini bildirib.
İnstitutun direktoru, “E-elm” proqramı layihəsinin məsul icraçısı, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev bildirib ki, ölkə vətəndaşlarının formalaşmaqda olan informasiya cəmiyyətinə keçidi, informasiyaya azad çıxış hüququnun təmini və s. məqsədlər daşıyan “Elektron Azərbaycan” Dövlət Proqramının başlıca vəzifələrindən biri də vahid milli elmi informasiya məkanının yaradılması və inkişaf etdirilməsidir. Bu baxımdan mühüm əhəmiyyət kəsb edən “E-elm” konsepsiyasının yaradılması və həyata keçirilməsinin perspektivlərindən danışan alim dünyada elektron elmlə bağlı müxtəlif yanaşmaların, standartların və dövlət proqramlarının mövcud olduğunu bildirib. O, ABŞ, Yaponiya, Almaniya, Rusiya, İngiltərə və Moldova kimi ölkələrin bu sahədə təcrübəsinin öyrənildiyini söyləyib. 
Seminarda institutun müvafiq şöbələrinə “E-elm” layihəsinin işlənməsi və reallaşdırılması ilə bağlı tapşırıqlar verilib.