21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
30 dekabr 2008-ci il tarixində keçirilən Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclasında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifləri əsasında iki məsələyə baxılıb. 
 
Şuranın qərarı ilə fiziki xətlə telefonlaşdırılması mümkün olmayan ərazilərdə yerləşən təhsil müəssisələri üçün “Teleradio” İstehsalat Birliyinə məxsus bina, sahə və qüllələrdə kənar təşkilatların avadanlıqlarının yerləşdirilməsi və xidmət göstərilməsinə görə aylıq tariflərə 80% güzəşt tətbiq olunacaq.
 
Qərara əsasən, avadanlıqlara görə tətbiq olunan tariflər 0,54 manatdan 53,6 manatadək (ƏDV-siz), anten sistemlərinə görə tətbiq edilən tariflər isə 2 manatdan 105 manatadək (ƏDV-siz) səviyyəsində təsdiq olunub. Bu tariflər uyğun olaraq, əvvəllər 2,68 manatdan 268 manatadək (ƏDV-siz) və 10 manatdan 525 manatadək (ƏDV-siz) təşkil edirdi. Yeni tariflərin qəbul edilməsi fiziki xətlə telefonlaşdırılması mümkün olmayan ərazilərdə yerləşən məktəblərin internetə qoşulmasını təmin edəcək, təhsil sektorunda uyğun xərclərə qənaət olunmasına imkan yaradacaq.
Şuranın iclasında müzakirə olunan ikinci məsələ internet xidmətinin göstərilməsi üçün tələb olunan rəqəmsal kanalların tarifləri ilə bağlı idi. Qəbul olunmuş qərara əsasən, 2 Mbit/san şəhərdaxili rəqəmsal kanalların (portların) istifadəyə verilməsi tarifləri digər abonentlər (büdcə təşkilatları istisna olmaqla) üçün 1200 manatdan 600 manata (50%), onlardan aylıq istifadə tarifləri isə 320 manatdan 300 manata (6,3%), rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə (Bakı şəhəri istisna olmaqla) tarifləri 240 manatdan 200 manata, hər tam və natamam 50 km məsafəyə görə 2 Mbit/san tutumundan istifadə tarifləri isə 180 manatdan 150 manata (16,7%) endirilib.
Bu qərar internet provayderləri xidmətlərinin maya dəyərinin azalmasına, nəticə etibarilə son istifadəçilər üçün internet xidməti tariflərinin ən azı 15-20% aşağı salınmasına imkan yaradacaq.
Yeni tariflər 2009-cu ilin 15 yanvar tarixindən qüvvəyə minəcək.