21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ölkədəki televiziyaların durumundan bəhs edən Azərbaycan” qəzetinə dərc olunmuş “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsindən bir aydan artıq zaman ötür. Digər tərəfdən məqalənin çapından sonra ölkə ictimaiyyətinin müxtəlif təbəqələrindən olan insanlar tərəfindən də TV-lərdəki vəziyyətin acınacaqlı xarakter aldığı haqda ittihamlar eşitdik. Lakin bütün bunlar təəsüf ki, TV-lərin efir siyasətində köklü dəyişiklərə səbəb olmadı. Ən azından kanallarımızın bir günlük efirini izləmək bunu deməyə əsas verir. Bəs əhali necə dəyişikliyi hiss edirmi? Bu məqsədlə paytaxt sakinləri arasında sorğu keçirdik.
Nadir Qasımov(AMEA-nın əməkdaşı): «Məncə heç bir ciddi dəyişiklik yoxdu. ATV meyxananı bağladı, amma yerinə çox savadsız və maraqsız irslə bağlı veriliş hazırladı. Elə bil plan doldururlar. Mən əvvəlki kimi vəziyyətdən narazıyam».
Fərid Rəşidoğlu(Tələbə): «Məqalədən sonra müəyyən dəyişikliklər var. Amma məqcə prisipial nəsə yenilik yoxdu. ANS bəzi verilişlərinə xitam verdi, indii isə yerinə çox bayağı bir «Günəbaxan» verilişi açıb. Bir şey maraqlıdır ki, bu TV-lər heç kimdən çəkinmir?»
Aytən Mürsəlova: (Həkim): «Məqaləni şəxsən oxumuşam. Çox dəyərli fikirlər var idi. Lakin hələ ki, çox az qismi reallaşıb. Məncə TV-lər tələsməlidir. Mənəviyyat əldən gedir».
Nurlan Məlikov:Sürücü) : «Elə bir dəyişiklik görmürəm. Yenə nə vaxt açırsan, müğənnilər meydan sulayır. Nə bilim vallah, gözləyək görək nolur…»
Rafail Şahvələdov (Magistr): «Mən yaxşılığa doğru nələrsə hiss edirəm. Yəni, ölü nöqtədən tərpənib. Amma tam hər şey düzəlib demək olmaz, Yəqin ki, bir az zaman aparacaq» //QayNar