21.04.2012
		HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
		Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
		.@Azercell də Zero Facebook  xidmətini istifadəyə verdi
17.04.2012
		Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
		Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
		Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
		"Google Plus" dizaynını dəyişir
11.04.2012
		"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
		GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
		"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi informasiya texnologiyalarının tətbiqi sahəsində istedadlı uşaq və gənclərin aşkara çıxarılmaq,gənclərin kompüter (informasiya) texnologiyalarına yiyələnməsinə yardımçı olmaq,tədris prosesində İKT-nin tətbiqinə kömək etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Gənc kompüter istedadları” respublika müsabiqəsi keçirilir.
Müsabiqə çərçivəsində gənc istedadlar öz bilik və bacarıqlarını,bu sahədə istedadlarını nümayiş etdirmək imkanı qazanıblar.Belə gənc istedadlardan biri də Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 75 saylı orta məktəbin VII sinif shagirdi Orxan Bayramovdur. O,təsis etdiyi www.ortamekteb.com saytı vasitəsilə orta məktəbdə keçirilən dərslərin cədvəlləri və kitablarını elektron formada internet istifadəçilərinə təqdim edir.
Saytdakı kitablar PDF formatında yerləşdirilir. Orxan Bayramov həmçinin bütün kitabları yerləşdirdikdən sonra saytda başqa yeniliklər etməyi planlaşdırır. Biz də xeberler.az olaraq “Gənc kompüter istedadı” olmaq iddiasında olan Orxan Bayramova gələcək işlərində uğurlar arzu edirik.
Qeyd edək ki, “Gənc kompüter istedadları”  ümumrespublika müsabiqəsinin final mərhələsi aprel ayına planlaşdırılıb.
xeberler.az/Ellada